FACT-INFO.AZ » XƏBƏR » Gənclik həyatın ən mühüm dönüş nöqtələrindən biridir
1-02-2024, 18:30 | XƏBƏR
Gənclik həyatın ən mühüm dönüş nöqtələrindən biridir

Bu gün Gənclər günü kimi qeyd etdiyimiz gündən danışacağam. İyirmi il öncə - 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alındı. Məqsəd həmin əlamətdar gündə gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək idi.
Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Məhz o siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil- gənc iş adamları, gənc idarəedicilər yetişmişdir. Bu siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Onun rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir ki, bu da onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır. Bu gün cəmiyyətdə-istər siyasətdə, istər dövlət işlərində-hər sahədə gənclərin fəal iştirakı aşkar hiss olunur və görünür. Gənc alimlər yetişir, gənc idarəedicilər formalaşır, cəmiyyətimizin taleyi gənclərə əmanət edilir. Bu məsuliyyəti dərk etmək, daşıya bilmək isə gənclərimizin ən vacib vəzifəsi olmalıdır. Gənclik yaşına deyil, güclü xarakterinə, savadına güvənməlidir ki, bu vəzifəni də layiqincə yerinə yetirə bilsin. Hər yaşın öz gözəlliyi vardır; gənclik ötədir, həyatın dönüş nöqtəsidir. Bir az da bədii tərəfindən danışaq...
Gənclik həyatın ən mühüm dönüş nöqtələrindən biridir. Bəzi hallarda buna ən çətin dövrlərdən biri də deyə bilərik. Bu dövr insanın dünyaya gəlməyindən sonra ömür silsiləsində elə bir mərhələdir ki, bu dövr ərzində bütün uşaqlıq təcrübələrinin nəzərdən keçirildiyi, köhnə təcrübələrin yaralarını bərpa etmək və çatışmazlıqları aradan qaldırmaq üçün təbiət tərəfindən yeni bir şans təqdim edilir. Bu zaman bəzən uyğun olmayan həyat şəraitində,bəzən də iradəyə və xarakterə uyğun olaraq yeni yaralanmalara və sarsılmalara daha çox həssas oluruq. Kimlərsə daha az yara alaraq, kimlərsə həyatının dərsini alaraq keçir bu dönəmdən. Yeniyetməlik dövründən üzü gəncliyə doğru edilən bütün xətaların bədəlini hər insan bir biçimdə ödəyir. Bir dönəm olur ki, günahkar axtarırıq, bununla ovunmağa çalışırıq. Bir dönəm də olur ki, insan həyatının elə bir yetkinlik dövrünə çatır ki, öz mühakiməsini yalnız öz üzərində qurur. Olanlarla bəzən savaşaraq, bəzən də boyun əyərək, mübarizəsini səmirsiz, yaxud da hayqıraraq aparan gənclik xarakterləri hər birimizə tanışdır. Kimimiz bir göz qırpımında ötən gənclik illərini hədər, kimimiz dərs, kimimiz də ömrümüzə yazılacaq ən xoş illər kimi xatırlayacağıq. Bircə peşmançılıq olmaya.. Yeyib-bitirər insan qəlbini o hiss, bir də gözünü açarsan ki, gəncliyin uzaqdan əl edir sənə, qocalıq yol yoldaşın olub. Geriyə baxdığında yaşadığın o illərdən xəbər-ətər də yoxdur, boşa gedib sanki, bir yel kimi ötüb keçib. Bu peşmanlığı yaşamamaq diləyimdir hər kəsə, Allah qorusun. İnsan həyatında atılmış hər addım qədərin hökmü, yaşanan hər olay qismətin bir payıdır. Hər bir insanın fərqli alın yazısı var, hamımız o yazını yaşayırıq, istəsək də, istəməsək də. Qədərimizlə qovğa etmək yerinə irəliyə baxmaq- gələcəyə inamlı atmaq ən doğru seçimdir hər kəs üçün.
Ən gözəl illəri ən doğru seçimlə yaşamaq arzusu ilə gününüz mübarək, əziz gənclər.

Gülər Mübariz




Baxış sayı: 135
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30