FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Türk musiqi sənətinin görkəmli nümayəndəsi Barış Mançonun anım günüdür
1-02-2024, 09:00 | MƏDƏNİYYƏT
Türk musiqi sənətinin görkəmli nümayəndəsi Barış Mançonun anım günüdür

Bu gün rok, pop və müasir türk musiqi sənətinin görkəmli nümayəndəsi Barış Mançonun anım günüdür. Fact-info.az  xəbər verir ki, Barış Manço 25 il bundan əvvəl fevralın 1-də infarkt keçirib və dünyasını dəyişib.

Barış Manço 1943-cü il yanvarın 2-də Üsküdar əyalətində Konyalı Karamanco tayfasına məxsus ailədə anadan olub. Barışın üç yaşı olanda valideynləri ayrılır. Barış atasının himayəsində qalsa da, gözəl türkülər oxuyan musiqi müəlliməsi – anası ilə tez-tez görüşür. Ananın musiqi sənətinə sonsuz məhəbbəti oğlunun canına hopur. Barış Qalatasaray Liseyində oxuduğu müddətdən musiqi ilə maraqlanmağa başlayır. Bu maraq onu Belçika Kral Akademiyasına aparır. O, burada rəsm, qrafika, memarlıq sənətini öyrənərək, maddi təminatını ödəmək üçün kafedə qarson, avtoparkda qarovulçu işləyir....

Barış Belçikada Andre Soulac adlı bir şairlə tanış olur və ondan fransız dilini mükəmməl öyrənməyə çalışır. Sonra dostlar yaradıcılıqlarını birləşdirmək qərarına gəlirlər. Andre Barışın musiqisinə şeirlər yazır. Barış kiçik konsertlər verərək fransızca oxumağa başlayır. Bir gün Barışı fransız radiosu pop musiqi məzmunlu bir proqramına dəvət edir. O, öz mahnılarını radio vasitəsilə yayımlayır. 

Yeri gəlmişkən qeyd edək ki, Barış Manço 50 il bundan əvvəl Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümünə həsr olunub “2023” adlı əsər yazıb. Sənətçi əsər simfonik orkestrin müşayiəti ilə səsləndirməyi planlayırmış. O, bu barədə ilk dəfə 1999-cu ildə Yaponiyanın Osaka şəhərində verdiyi konsertdə danışıb: “Mahnımızın adı “2023”dür. Cümhuriyyətimizin 2023-cü ildə 100 yaşı olacaq. Həmin il mən 80 yaşında olacağam. 2023-cü ildə yenidən buraya- Osakaya gəlmək istəyirəm. Həmin əsəri burada səsləndirmək arzumdur”. Lakin sənətkarın 56 yaşında qəfil ölümü arzularını yarımçıq qoyur.






Baxış sayı: 105
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30