FACT-INFO.AZ » İQTİSADİYYAT » Vətən müharibəsindən sonra 460 şəxs müasir protezlərlə təmin olunub
30-01-2024, 12:00 | İQTİSADİYYAT
Vətən müharibəsindən sonra 460 şəxs müasir protezlərlə təmin olunub

"2023-cü ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzləri tərəfindən əvvəlki ilə nisbətən 74 faiz çox olmaqla, 87,7 min nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib".

Fact-info.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən layihələr daha da təkmilləşdirilib. Reabilitasiya xidmətlərinə əlçatanlığı daha da artırmaq üçün səyyar xidmətin əhatə dairəsi genişləndirilib:

"Hesabat dövründə əvvəlki ilə nisbətən 6 dəfə çox olmaqla 1437 şəxsə səyyar formada olmaqla evlərində reabilitasiya xidməti göstərilib. Ötən il Agentlik həmçinin 10,5 min nəfər əlilliyi olan şəxsi 91,4 min reabilitasiya vasitəsi ilə təmin edib".

Anar Bayramov deyib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək proqramı çərçivəsində şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 56,3 min reabilitasiya xidməti göstərilib, həmçinin 460 şəxs 481 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub:

"Son 5 ildə ölkəmizdə müasir reabilitasiya sistemi qurulub, habelə reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Ötən il dekabrın 1-dən Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində fəaliyyətə başlayan Ambulator Reabilitasiya Mərkəzi (“RehaPoint”) tərəfindən bölgədə yaşayan 120-dək şəxsə ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri göstərilib, əlilliyi olan şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edilib. Həmçinin, 2022-ci ildən fəaliyyətə başlayan “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi çərçivəsində artıq 1232 nəfərə xidmət göstərilib".

Anar Bayramov əlavə edib ki, Vətən müharibəsi iştirakçılarının idman protezləri ilə təmin olunmasına dair yeni layihəyə start verilib.

O bildirib ki, 20 iştirakçı ilə qaçış üçün olan protezlərin testi həyata keçirilib:

"Almaniya şirkətinin istehsalı olan protezlər sifariş edilib və yaxın zamanda əlilliyi olan Vətən müharibəsi iştirakçılarına paylanılacaq".




Baxış sayı: 80
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30