FACT-INFO.AZ » SİYASƏT » Hulusi Akar: Azərbaycan Ordusunun işğala son qoyması tarixi əhəmiyyət daşıyır
29-01-2024, 19:00 | SİYASƏT
Hulusi Akar: Azərbaycan Ordusunun işğala son qoyması tarixi əhəmiyyət daşıyır

Yanvarın 29-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akarın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşü olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Fact-info.az-a bildirilib ki, görüşdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov dost və qardaş ölkələrimiz arasında münasibətlərin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf etdiyini deyib.

Komitə sədri vurğulayıb ki, Türkiyə dövləti və xalqı torpaqları Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycanın haqqını həmişə və hər yerdə müdafiə edib, xüsusən də bu işğala son qoyan 44 günlük Vətən müharibəsinin ilk anlarından etibarən bizə hər cür siyasi, mənəvi və diplomatik dəstəyini göstərib. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində Türkiyənin yaxından iştirakını məmnunluqla vurğulayan Ziyafət Əsgərov Hulusi Akarın bu səfərinin əlaqələrimizin genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

TBMM-in Milli müdafiə komissiyasının sədri Hulusi Akar dost və qardaş ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində əldə olunan uğurlardan bəhs edib. O deyib ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadırlar. İkinci Qarabağ müharibəsi və Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı biz bir daha bunun şahidi olduq.

Hulusi Akar bildirib ki, rəşadətli Azərbaycan Ordusunun işğala son qoyması və ölkənin suverenliyini tam təmin etməsi tarixi əhəmiyyət daşıyır. O, bu tarixi hadisənin Azərbaycanın qarşısında açdığı perspektivlərdən danışıb, bu baxımdan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının region ölkələrinin rifahına və firavanlığına xidmət edəcəyini vurğulayıb.

Söhbət zamanı Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı vurğulanıb, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdirilməsi, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.




Baxış sayı: 95
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30