FACT-INFO.AZ » MƏDƏNİYYƏT » "Vətən fədailəri: Şəki şəhidləri" kitabının təqdimatı keçirilib
29-01-2024, 13:30 | MƏDƏNİYYƏT
"Vətən fədailəri: Şəki şəhidləri" kitabının təqdimatı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) "Vətən fədailəri" layihəsi çərçivəsində nəşr olunan "Vətən fədailəri: Şəki şəhidləri" kitabının təqdimatı keçirilib.

Fact-info.az xəbər verir ki, tədbirdə Şəkidən olan şəhid ailələri, qazilər, hərbçilər, millət vəkilləri, media nümayəndələri və elmi-ictimai fəallar iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

"Vətən fədailəri" layihəsinin rəhbəri, kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm”, “Simurq-2021”, “Dünya Qadın” və 2023-cü ildə “Altın Palmiye - Yılın Şairi” mükafatlarına layiq görülmüş yazıçı-publisist Manya Səxavətqızı qonaqları salamlayaraq layihə haqqında məlumat verib. Qeyd edib ki, təqdimatı keçirilən "Vətən fədailəri: Şəki şəhidləri" kitabı layihənin sayca III cildidir. Müəllif qeyd edib ki, daha öncə layihənin I cildi Naxçıvan, II cildi isə İmişli şəhidlərinə həsr olunmuşdur. O da diqqətə çatdırılıb ki, “Vətən fədailəri: Şəki şəhidləri" kitabı müəllifin sayca 10-cu, şəhidlərimizə həsr etdiyi 8-ci kitabıdır. “Hər bir qazi, şəhid Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bizlərə qələbəni bəxş edib. onları yaşatmaq, tanıtmaq hər birimizin borcudur”,- deyən şairə məlumat toplamaqda yardımçı olan dəyərli şəhid ailələrinə minnətdarlığını bildirib.

Şəhid qardaşı, qazi oğlu Şahin Məmmədov dəstəkçisi olduğu layihənin məqsədi haqqında danışıb. Layihənin yalnız Azərbaycan üçün nəzərdə tutulmadığını, nəşrləri bir sıra xarici universitetlərə göndərməklə bütün dünyaya mərd oğullarımızı tanıtmaq istədiklərini bildirən çıxışçı bu yolda onlara dəstək olanlara, o cümlədən MEK rəhbərliyinə dərin təşəkkürünü bildirib. “Yazılan kitabların heç biri satışda yoxdur. Bizim məqsədimiz maddiyyat yox, mənəviyyatdır. Çünki şəhid haqqında yazılan kitabın qiyməti olmaz!”- deyə natiq vurğulayıb.

Çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən qayğının nümunəvi xarakter daşıdığını qeyd edən MEK-in direktoru professor Məmməd Əliyev hər birimizin məsələyə çox həssaslıq və diqqətlə yanaşmağımızı nəzərə çatdırıb.

Daha sonra millət vəkili Vüqar İskəndərov qazilərin sağlamlığı, şəhidlərin qanı bahasına əldə edilən Qələbəni daim yaşatmaq üçün birliyimizi, həmrəyliyimizi və ölkəmizdəki sabitliyi qorumalı olduğumuzu səsləndirib.

Şəhid atası Pərviz müəllim, şəhid anaları Ceyran xanım, Dursun xanım, Sevər xanım, Gülnarə xanım, Gülnar xanım, şəhid yoldaşı Röyalə xanım və digər qonaqlar da çıxış edərək kitab haqqında öz dəyərli fikirlərini bölüşüblər.

Sonda tədbir iştirakçıları kitabxana sistemində ilk olan, İkinci Qarabağ müharibəsindən sonra fəaliyyətə başlayan MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olublar.




Baxış sayı: 165
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30