Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.
Fact-info.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Keçirilən tədbirlərdə döyüş bayrağı sıra meydanına gətirilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar, müdafiə nazirinin qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə bağlı əmr və tələbləri, eləcə də digər məsələlər şəxsi heyətin diqqətinə çatdırılıb. Yeni tədris dövründə keçirilən təlim və məşqlərin keyfiyyətinin və intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.
Bildirilib ki, qabaqcıl metodlardan və yüksək texnologiyalardan istifadə etməklə qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə cari tədris ilində əsas məqsəd bölmələrin idarəedilməsində operativliyin artırılması, onlar arasında uzlaşmanın təşkili, hərbi qulluqçuların peşəkarlığının daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
Qeyd edək ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması üzrə tədbirlər həyata keçiriləcək, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edən bölmələr təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkət edəcəklə
Baxış sayı: 105
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
