Jurnalistlər Fuad Hüseynzadə və Ədil Ədilzadənin Özbəkistanın nüfuzlu mediasında Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə bağlı məqaləsi dərc edilib. Fact-info.az “Secki-2024.az” saytına istinadla xəbər verir ki, məqalə “Azərbaycan prezident seçkilərinə hazırlaşır” və “Zəfər seçkiləri” sərlövhələri ilə “Tnews.uz”, “Xabar.uz” və “Muzaffar.uz” saytlarında yayımlanıb. Jurnalistlər seçki ilə bağlı “Özbəkistan24” radiosunda da çıxışlar ediblər.
Məqalə və radio çıxışlarında qarşıdan gələn prezident seçkiləri haqqında geniş məlumat verilib. Qeyd edilib ki, prezident seçkilərində mübarizə aparacaq 7 namizədin təşviqat kampaniyasına qanunvericiliyə uyğun şərait yaradılıb.
Məqalədə ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlər görüldüyü qeyd edilib. Bildirilib ki, Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
Məqalədə işğaldan azad edilmiş ərazilərdə seçkilərə hazırlıq prosesindən də bəhs edilib, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkinin bütün ölkə ərazisində keçiriləcəyi xüsusi olaraq vurğulanıb. "Qalib Azərbaycan" Könüllü Təbliğat Qrupu yaradılıb.
Baxış sayı: 110
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
