"Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı belə qərar qəbul etməsinə çox təəssüflənirəm".
Fact-info.az "Report"a istinadən xəbər verir ki, Ukrayna Ali Radasının hakim Xalqın xidmətçisi partiyasından deputatı, AŞPA üzvü Yuri Kamelçuk bildirib.
"Əminəm ki, bu məsələni daha ətraflı nəzərdən keçirsək, başqa nəticə verə bilər. Rusiya və Azərbaycanla olan vəziyyəti müqayisə ediləsi deyil. Axı Azərbaycan ərazisi işğaldan azad edilib. Rusiya isə Ukraynaya hücum edib. Ümid edirəm ki, tezliklə Azərbaycan Strasburqa haqq etdiyi işinə qayıdacaq. Ukrayna, vətəndaşlarımıza dəstəyinə və hərbçilərin reabilitasiyası ilə bağlı köməyə görə Azərbaycana minnətdardır. Avropa Azərbaycanın humanist bir ölkə olduğunu görməlidir", - Y.Kamelçuk əlavə edib.
Baxış sayı: 130
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
