FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Mütəxəssis: Uzun müddət kompüter qarşısında oturmaq çox təhlükəlidir
26-01-2024, 19:00 | MƏDƏNİYYƏT
Mütəxəssis: Uzun müddət kompüter qarşısında oturmaq çox təhlükəlidir

Saatlarla kompüter qarşısında oturmaq və ondan uzun müddət istifadə etmək müxtəlif xəstəliklərə yol aça bilər. Fact-info.az xəbər verir ki,  AZƏRTAC bununla bağlı Niğde Ömər Halisdemir Universiteti Təhsil və Araşdırma Xəstəxanasının ortopediya və travmatologiya mütəxəssisi professor Mehmet Fethi Ceylanın gənclər üçün məsləhətlərini təqdim edir.

M.F.Ceylan kompüterdən uzun müddət istifadə edilməsinin gənclərin və yeniyetmələrin əzələləri, gözləri və s. üçün çox təhlükəli olduğunu söyləyir. O, gənclərə idman və üzgüçülüklə məşğul olmaqla əzələ strukturlarını gücləndirməyi tövsiyə edib: “Çağdaş dövrümüzdə rəqəmsal cihazlarla həddindən artıq vaxt keçiririk. Təbii ki, bu cihazlara uzun müddət vaxt sərf ediriksə və oturaq tərzdə, hərəkətsiz qalırıqsa, sağlam duruş sərgiləməli, arada fasilə verməli, idman hərəkətləri etməliyik. Bütün bunları etməsək, saatlarla önə əyilmiş vəziyyətdə qalsaq, təbii ki, nəticədə bunun mənfi təsirləri olacaq. Saatlarla kompüter qarşısında dərs oxumağa məcbur qalan gənci düşünərkən onun onurğa sütununun, əlbəttə ki, bir müddət sonra əyildiyinin şahidi olacağıq. Bunun qarşısını almaq üçün isə dərslər arasında fasilə verilməli, bel əzələlərini gücləndirmək üçün məşqlər edilməlidir”.

Professor gənclərə iş zamanı normal vəziyyətdə oturmağın vacibliyinə toxunub: “İşləyərkən oturduğumuz stul hündür və ya masamız alçaq olarsa, istər-istəməz əyilmək məcburiyyətində qalacağıq və bu əyilmiş vəziyyətdə uzun müddət qalmaq belimizə uyğun gəlməyəcək. Uzunmüddətli iş üçün masamızı qaldıra bilərik, oturacağımızın rahatlığı belimizi yaxşılaşdırmağa kömək olacaq və onurğanın dik vəziyyətdə olmasını təmin etməklə bu vəziyyətdə işləmək müsbət təsir edəcək”.

 




Baxış sayı: 250
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30