FACT-INFO.AZ » XƏBƏR » Fransadakı icmamız AŞPA-ya etiraz edib
26-01-2024, 18:00 | XƏBƏR
Fransadakı icmamız AŞPA-ya etiraz edib

Fransada yaşayan Azərbaycan icması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi barədə 24 yanvar 2024-cü il tarixli qətnaməsini qətiyyətlə pisləyib.

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının adından AŞPA-ya ünvanlanan bəyanatda bildirilib ki, belə qətnamənin Azərbaycanla Avropa ictimaiyyəti arasında geniş şəkildə əməkdaşlığın əsasının başlandığı, ölkəmizin Avropa Şurasına qəbul olunmasının 22-ci ildönümü ərəfəsində qəbul edilməsi xüsusilə yolverilməzdir.  

Azərbaycanın qanunun aliliyi və hüquqi islahatlar sahəsində Avropa Şurası ilə əməkdaşlığı davam etdirməsi sayəsində ölkədə böyük nəticələrə nail olunduğu, Azərbaycan dövlətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərar və qətnamələrinə sadiqlik nümayiş etdirdiyi diqqətə çatdırılıb: "Bu, ölkədə vətəndaş cəmiyyətinin rifahı naminə əməkdaşlığın güclü göstəricisidir".

Belə məqamda AŞPA üzvlərinin qətnaməsi "ikitərəfli əməkdaşlığın nəticələrinin məhv edilməsi cəhdi" kimi qiymətləndirilib. Müstəqil dövlət olan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü möhkəmləndirməsinə və 30 ilə yaxın davam edən erməni işğalına son qoyması kimi mühüm məsələdə "məzəmmət edilməsi" açıq qərəzli münasibətin göstəricisi adlandırılıb.  

Demokratiya uğrunda mücadilə aparan görkəmli dövlət xadimi Benazir Bhuttonun "demokratiyanın dəstəyə ehtiyacı var və ən yaxşı dəstək digər demokratiyaların dəstəyidir" fikrini xatırladan müraciət müəllifləri xatırladıblar ki, bu, İkinci Dünya müharibəsindən sonra Avropa Şurasının təməlini qoyan əsas prinsipdir.

Diqqətə çatdırılıb ki, hazırda Avropanın astanasında faciəvi geosiyasi hadisələrin baş verdiyi dövrdə AŞPA-nın belə qərar qəbul etməsi öz dəyərlərinin məhv edilməsindən başqa bir şey deyil: "Avropa Şurası kimi platformalar hazırkı qətnamənin müzakirəsi üçün beynəlxalq foruma çevriləndə AŞPA öz ilkin prinsiplərindən çəkilir, ədalətsiz və qərəzli mövqe nümayiş etdirir".

Fransadakı icmamız AŞPA-nı beynəlxalq hüququn gücünü və prinsiplərini kövrək demokratiyaların mövcud olduğu Azərbaycan kimi ölkələrə qarşı təzyiq vasitəsinə çevirməməyə, belə üzv-dövlətləri təşviq etməyə çağırıb.




Baxış sayı: 100
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30