FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Məhəmməd Əmin Rəsulzadə və Türk dünyası” mövzusunda tədbir keçirilib
26-01-2024, 09:00 | MƏDƏNİYYƏT
“Məhəmməd Əmin Rəsulzadə və Türk dünyası” mövzusunda tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətilə “Məhəmməd Əmin Rəsulzadə və Türk dünyası” mövzusunda tədbir keçirilib.

Fact-info.az xəbər verir ki, MEK-in və Azərbaycan Türk Ocağının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə millət vəkilləri, media nümayəndələri, tədqiqatçılar, o cümlədən Məhəmməd Əmin Rəsulzadənin ailə üzvləri iştirak ediblər.

Tədbiri giriş süzü ilə açan MEK-in direktoru, professor Məmməd Əliyev Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrasından irəli gələn tədbirlər planına uyğun olaraq keçirildiyini xatırladıb. Bildirib ki, yubiley münasibətilə irəlidə sərgilərin, elmi konfransların keçirilməsi də planlaşdırılır. “Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin və AXC-ni quran digər ziyalılarımızın ruhu şaddır.  Çünki hazırda Azərbaycan onların görmək istədikləri kimi - müstəqil, güclü və tam suveren bir dövlətdir”, - deyə direktor diqqətə çatdırıb.

Millət vəkili Arzu Nağıyev Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətinin elm ocaqları səviyyəsində öyrənilməsini təqdirəlayiq hesab edib.

Tədbirdə iştirak edən tarixçi-alim Firdovsiyyə Əhmədova çıxışında kitabxana kimi önəmli bir platformada bu cür tədbirlərin keçirilməsinin təsadüfi olmadığını, M.Ə.Rəsulzadənin gənclikdən ömrünün sonunadək çağdaş bilikləri öyrənərək tədqiq etdiyini bildirib. Alim çıxışında onun “Açıq söz” qəzetindəki fəaliyyətindən, mühacirət dövründən, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin yaranmasından danışıb.


Tədbirdə, həmçinin M.Ə.Rəsulzadənin nəvəsi, Azərbaycanın Əməkdar rəssamı, president təqaüdçüsü Rais Rəsulzadə, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri  Ufuk Turganer, Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Türkiyənin Erceyis Universitetinin professor Qafar Çaxmaqlı, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal və digərləri çıxış edib, mövzu ilə əlaqəli fikirlərini bölüşüblər.





Baxış sayı: 135
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30