Tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun M.Ə.Rəsulzadənin mətbuat haqqındakı yazılarını və fəaliyyətini əhatə edən, 342 səhifədən ibarət olan kitabı “Qanun” nəşriyyatında nəşr edilib.
Fact-info.az xəbər verir ki, bu, M.Ə.Rəsulzadənin 140 illik yubileyi ilində çap olunan ilk geniş araşdırma və tədqiqat kitabıdır. Bu, həm də humanitar elmlər və media sahəsində çalışanların faydalanması üçün ciddi vəsaitdir.
Kitabda M.Ə.Rəsulzadənin mətbuat haqqında 50-dən çox yazısı da oxuculara təqdim olunub. Eyni zamanda, kitabda M.Ə.Rəsulzadənin mətbuatla bağlı "İrşad", "Tərəqqi", “Təkamül”, "İrani-nov", "İqbal","Açıq söz", ”İstiqlal” və digər qəzetdəki yazıları, Azərbaycan Parlamentindəki çıxışları tədqiq edilib.
Bundan əlavə, M.Ə.Rəsulzadənin mühacirət irsində mətbuatla əlaqəli yazıları (“Yeni Qafqasiya”, “Azəri Türk”, “Odlu Yurd”), Türkiyə, Polşa rəsmiləri ilə yazışmaları, şəxsi məktublaşmaları da tədqiq edilərək oxuculara təqdim olunub.
Kitabda M.Ə.Rəsulzadənin mətbu fəaliyyətini əhatə edən bəzi yazılar rus və ingilis dillərində də oxuculara çatdırılıb.
Kitabın sonunda - "Sənədlər" bölməsində maraqlı arxiv sənədləri ilə də tanış olmaq mümkündür.
Baxış sayı: 180
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
