Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ötən gün keçirilən iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması müsbət hal deyil. Demokratik prinsipləri hər zaman əlində bayraq edən bir qurumun belə antidemokratik addım atması təəssüf doğurur.
Bunu "Xalq Cəbhəsi"nə ekspert Əkrəm Bəydəmirli deyib.
Ekspert qeyd edib ki, almaniyalı deputatın təklifi ilə verilmiş belə qərarlar həmin qurumun imicinə mənfi təsir göstərir: "Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın AŞPA ilə əməkdaşlığında faydalı məqamlar hər zaman olub. Bu əməkdaşlıq Azərbaycanın hüquq sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında, mövcud qanunların təkmilləşdirilməsində effektli nəticələrə gətirib çıxarıb. O baxımdan bu qurum Azərbaycanla bütün sferalarda əməkdaşlığa can atmalıdır. AŞPA təmsilçiləri anlamalıdırlar ki, səsvermə hüququnun məhdudlaşdırılması ilə deyil, yalnız normal əməkdaşlıqla hər hansı məsələnin həllinə kömək etmək olar. Əgər Avropa Şurası Parlament Assambleyası antidemokratik prinsipləri əsas fəaliyyət istiqamətinə çevirsə bunun heç bir effekti olmayacaq. Ümid edək ki, bu beynəlxalq təşkilat heç kimin əlində alətə çevrilməyəcək".
Baxış sayı: 130
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
