FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Prezident İlham Əliyev təkcə regional deyil, həm də dünya miqyaslı liderdir - Gürcü ekspert
23-01-2024, 09:00 | TƏDQİQATLAR-ANALITIKA
Prezident İlham Əliyev təkcə regional deyil, həm də dünya miqyaslı liderdir - Gürcü ekspert

Prezident İlham Əliyev təkcə regional deyil, həm də dünya miqyaslı liderdir.

Fact-info.az-ın məlumatına görə,  bu barədə Trend-ə siyasi analitik, Avropa Beynəlxalq Siyasi İqtisadiyyat Mərkəzinin əməkdaşı Tengiz Pxaladze deyib.

"Prezident İlham ƏIiyev şübhəsiz, təkcə regional miqyaslı lider deyil. O, dünya arenasında strateji təfəkkürə malik parlaq lider olmaqla strateji planda fəaliyyət göstərmək və strateji qərarlar icra etmək iqtidarındadır. Təbii ki, bütün bunlar Azərbaycan Respublikasında, ölkənin həm iqtisadi inkişaf, həm də milli, çoxtərəfli, ahəngdar və hərtərəfli inkişaf baxımından nümayiş etdirdiyi bütün nailiyyətlərdə öz əksini tapıb", - T.Pxaladze deyib.

Onun sözlərinə görə, 20 il ərzində Azərbaycan mühüm irəliləyiş etdirdi ki, bu da ölkəni regional liderlərdən birinə çevirdi.

"Təbii ki, bunda məhz Prezident İlham Əliyevin strategiyasının və uzaqgörənliyinin payı böyükdür. Deyərdim ki, ən böyük tarixi nailiyyətlərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasıdır ki, bu da öz növbəsində müasir tarixdə unikal nümunədir", - ekspert deyib.

Siyasi analitik ötən ilin dekabr ayında Qarabağın bir sıra rayonlarına səfər etdiyini və bölgədə aparılan işlərin miqyasına, möhtəşəm bərpa layihələrinə heyran qaldığını bildirib.

"Bütün bunlar Prezident İlham Əliyevin həm ölkənin ərazi bütövlüyünün bərpası, həm də bu ərazilərin dirçəlişi, inteqrasiyası və gələcək inkişafı üzrə dəqiq strategiyasından xəbər verir. Bunlar Prezident İlham Əliyevin strateq, görkəmli siyasətçi və Azərbaycan xalqının ləyaqətli lideri olaraq tarixi rolunu vurğulayır", - o deyib.

T.Pxaladze Azərbaycan və Gürcüstanın bir-birinə kömək etdiyini və bir-birini tamamladığını, birlikdə həm hər iki dövlətin xalqı, həm də regional və trans-regional əməkdaşlıqda maraqlı olan digər ölkələrin uğuru və inkişafı üçün imkanlar yaratdığını qeyd edib.

"Təbii ki, bu planda Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığı mühüm aspektlərdən biridir. Mən artıq tarixin dərinliklərinə gedib qardaş xalqlarımızın tarixi əlaqələrindən bəhs etməyəcəyəm. Dost olmaq, qardaş olmaq bizim taleyimizdir. Bu, böyük bəhrələr gətirən və dövlətlərimizin inkişafının dayağı olan dostluqdur. Bu səbəbdən qardaş Azərbaycan Respublikasının və müvafiq olaraq, qardaş ölkəmizin lideri Prezident İlham Əliyevin uğurları bizim üçün çox vacibdir", - deyə ekspert əlavə edib.




Baxış sayı: 95
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30