FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanda aparılan seçkiqabağı sorğu ilə bağlı tədbir təşkil olunub
22-01-2024, 15:30 | XƏBƏR
Azərbaycanda aparılan seçkiqabağı sorğu ilə bağlı tədbir təşkil olunub

Yanvarın 22-də ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı apardığı seçkiqabağı sorğuya dair tədbir təşkil edib.

 Fact-info.az  xəbər verir ki, tədbirdə təmsil etdiyi təşkilat barədə məlumat verən Vlada Galan “ORACLE ADVISORY GROUP” təşkilatının ABŞ, Macarıstan, Rumıniya, İsrail, Çexiya da daxil olmaqla, dünyanın bir çox ölkələrində seçki prosesini izlədiyini bildirib. O deyib ki, Azərbaycandakı seçkilər onların iştirak etdikləri 25-ci qlobal səsvermə olacaq. V.Galan vurğulayıb ki, ölkəmizdə keçirilən seçkilərdə artıq 5-ci dəfədir iştirak edirlər. Təşkilat prezident seçkilərini üçüncü dəfə izləyəcək.

Təşkilatın digər nümayəndəsi George Brinbaum Azərbaycanın 40 bölgəsində səsverməni müşahidə edəcəklərini deyib. O bildirib: “Biz Qarabağ və Şərqi Zəngəzura da gedəcək və əsasən, 4-5 mövzu üzrə sorğular aparacağıq. Bunlara əsasən, ölkənin iqtisadi vəziyyəti, təhlükəsizliyi, Qarabağdakı qazanılan uğurlar daxildir.

Ölkənin 500 məntəqəsində müşahidə aparacağıq, 25 nəzarətçimiz olacaq”.

G.Brinbaumun sözlərinə görə, sorğuda alimlərin, ziyalıların fikirləri də öyrəniləcək.

Hər 3 saatdan bir daxili hesabatın hazırlanacağını diqqətə çatdıran “ORACLE ADVISORY GROUP” təşkilatının nümayəndəsi seçkiqabağı sorğu ilə bağlı nəticələrin gələn həftə açıqlanacağını diqqətə çatdırıb.

Qeyd edək ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində səsvermə günü “exit-poll” keçirmək üçün MSK-ya müraciət edənlərdən biri də Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıdır. Liqa “exit-poll”u ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirəcək.




Baxış sayı: 85
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30