Ermənistan mediasında özünü hələ də hansısa qondarma “dövlətin prezidenti” kimi qələmə verən Samvel Şahramanyan adlı birinin “dövlət naziri vəzifəsinə təyinat həyata keçirməsi” barədə məlumatlar yayılıb.
Fact-info.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında qeyd olunub.
Bundan əlavə, keçmiş xarici işlər naziri, qatı irqçi Vardan Oskanyanın rəhbərliyi altında beynəlxalq səviyyədə iş aparılması üçün hansısa “komissiya”nın yaradıldığı bildirilir.
“Bəs Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan xalqının mədəni irsinin dağıdılmasının yolverilməzliyi ilə bağlı açıqlamalarını özünün suverenliyinə və ərazi bütövlüyünə qəsd hesab edən Ermənistan nəyə görə Azərbaycana qarşı belə düşmənçilik fəaliyyətinə şərait yaradır?! Bütün bunlar Ermənistanın tezliklə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olması barədə bəyanatları ilə tam ziddiyyət təşkil edir. Ermənistan hakimiyyəti öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən ünsürlərin fəaliyyətinə qadağa qoymalıdır”, - deyə açıqlamada vurğulanır.
Baxış sayı: 120
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
