FACT-INFO.AZ » XƏBƏR » Simon Kopadze: Ermənistanın Azərbaycan ilə sülh prosesində tutduğu destruktiv mövqenin arxasında Fransa dayanır
18-01-2024, 09:30 | XƏBƏR
Simon Kopadze: Ermənistanın Azərbaycan ilə sülh prosesində tutduğu destruktiv mövqenin arxasında Fransa dayanır

“Ermənistanın Azərbaycan ilə sülh prosesində tutduğu destruktiv mövqenin arxasında Fransa dayanır. Paris və İrəvan əlbir olub oyun qurub, amma onlar heç nə əldə edə bilməyəcəklər.

Fact-info.az-ın məlumatına görə,  bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Simon Kopadze söyləyib. O bildirib ki, 2020-ci ildən 2023-cü ilə qədər mərhələli şəkildə cərəyan edən bütün proseslərdə Azərbaycan Ermənistana sülh danışıqlarının aparılmasını təklif edib. Sülh təklifi hər zaman Azərbaycan tərəfdən gəlib. Rəsmi Bakı həmişə şərait yaradırdı ki, İrəvan getdiyi səhv yoldan qayıtsın. Amma Ermənistanda elə düşünürdülər ki, Fransa ilə hansısa formada əlbir olub nəyəsə nail olacaqlar. Bu, onlarda alınmayacaq, qurduqları oyun baş tutmayacaq. Ermənistan tərəfi hansısa irəliləyiş istəyirsə, bu zaman ən azı ilkin mərhələdə ekspertlər səviyyəsində Tbilisidə görüşlər keçirməyə razılıq verməlidir. Çünki Cənubi Qafqazda sülh istəyiriksə, burada olan 3 ölkə bunu etməlidir. Amma Ermənistanın atdığı addımlar onu dünyadan təcrid etdi, bütün iqtisadi layihələrdən uzaqlaşdırdı.

“Düşünürəm ki, Ermənistanın etdikləri onun xeyrinə olmadı. Ermənistan öz səhvlərinin qurbanı oldu. Bu uğursuz siyasətlə onlar Azərbaycanın qarşısında dura bilməyəcəklər. Çünki artıq heç nəyi tələb edə bilməzlər. Tələb edəcəkləri nəsə olsaydı, çoxdan edərdilər. Azərbaycan nə insan hüquqlarını pozub, nə əsirlərə qarşı işgəncələr verib, nə də beynəlxalq hüquqa zidd hərəkət edib. Azərbaycan hər şeyi beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində edib”, – deyə S.Kopadze vurğulayıb.

Gürcü politoloq deyib: “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sülh olarsa, həyat inkişaf edəcək, iqtisadiyyat güclənəcək və region xalqları gözəl şəraitdə yaşayacaqlar. Amma bu proses bir çox ölkələri narahat edir. Azərbaycan isə bütün ölkələrlə gözəl əlaqələr qurmağı bacarıb, dünyanın investisiya yatırdığı dövlətlərdən birinə çevrilib. Artıq demək olar ki, hər kəs Azərbaycan ilə yaxşı münasibətlər qurmağa çalışır. Bunu etmək istəməyənlər isə uduzacaq. Azərbaycan çox sürətlə inkişaf edir və bu inkişafı heç kim saxlaya bilməyəcək”. Onun sözlərinə görə, nəinki Azərbaycanın, dünyanın istənilən dövlətinin ərazi bütövlüyünün bərpa olunması, həmin ərazilərin yenidən qurulması müsbət haldır.

İşğaldan azad olunmuş Zəngilan və Ağdama səfər edən S.Kopadze həmin ərazilərdə yenidənqurma prosesi ilə yaxından tanış olduğunu və gördüklərindən təəccübləndiyini gizlətməyib: “İşlərin hansı sürətlə getdiyini sadəcə görmək lazımdır. Hələ mən hansısa bir ölkənin işğaldan azad olunmuş ərazilərində belə sürətli yenidənqurmanın şahidi olmamışdım. Qətiyyətlə deyə bilərəm ki, həmin ərazilər tezliklə abad, gözəl və yaşayış üçün ən yaxşı məkanlardan birinə çevriləcək”.




Baxış sayı: 620
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30