FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Fondlarda qorunub saxlanılan nadir nüsxələr rəqəmsallaşdırılır
17-01-2024, 18:30 | MƏDƏNİYYƏT
Fondlarda qorunub saxlanılan nadir nüsxələr rəqəmsallaşdırılır

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) daim dəyişən yeni zamana, ehtiyac və maraqlara uyğunlaşaraq sənədlərin rəqəmsallaşdırılması, oxuculara elektron informasiya xidmətinin göstərilməsi istiqamətində bir sıra mühüm addımlar atır.

MEK-dən  Fact-info.az-a bildirilib ki, cəmiyyət üçün olduqca önəmli olan bu mühüm vəzifəni yerinə yetirmək üçün kitabxananın Reproqrafiya şöbəsinin xüsusi xidmətləri var. Belə ki, Almaniya istehsalı olan xüsusi aparatlarının köməyi ilə kitab, jurnal, qəzet və məqalələr skan edilərək elektron versiyaları yaradılır və xüsusi proqram (ABBYY FineReader) vasitəsilə konvertləşdirilərək PDF formatda kitabxananın ümumi bazasına yerləşdirilir. Bu günədək minlərlə kitab konvertasiya olunaraq MEK-in elektron kitabxanasında yerləşdirilib. Təkcə ötən il ərzində şöbəyə görkəmli şəxsiyyətlərin, alimlərin kitablarının və məqalələrinin yer aldığı 2000-dən artıq material daxil olub. Onların sırasında xarici və yerli yazıçıların, şairlərin kitabları, o cümlədən Azərbaycan Respublikasının əlamətdar günlərinə həsr olunmuş nəşrlər, görkəmli şəxsiyyətlərin yubileyləri münasibətilə onların həyat və yaradıcılığını əks etdirən məlumatlar var. Bundan əlavə, həmin materialların hazırlanması və virtual sərgiyə təqdim edilməsi, MEK-in fondlarında qorunub saxlanılan nadir nüsxələrin rəqəmsallaşdırılması şöbənin əsas iş prinsiplərindən olaraq müntəzəm şəkildə həyata keçirilir.

2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar MEK tərəfindən ilboyu ardıcıl silsilə tədbirlər həyata keçirilib, Ulu Öndərin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərini özündə ehtiva edən kitablar sərgilənib, elektron layihələr təqdim olunub. Keçən il Ulu Öndərin irsinə dair “Heydər Əliyev xalqa həsr olunmuş ömür”, “Heydər Əliyev 100”, “Heydər Əliyev - Azərbaycan dili və azərbaycançılıq”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq”, “Ulu Öndər Heydər Əliyev siyasətinin müdriklik gücü” və s. kimi 330 nüsxə ədəbiyyat, “Kommunist” qəzetinin 55 sayından 1300 məqalə, o cümlədən akademik Zərifə xanım Əliyevanın 100 illiyi çərçivəsində kitablar elektronlaşdırılaraq bazaya yerləşdirilib.





Baxış sayı: 135
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30