FACT-INFO.AZ » AKTUAL » Rusiya tarixçisi: Fransa anti-Azərbaycan mövqeyi tutmaqla Afrikadakı uğursuzluğunun əvəzini çıxmaq istəyir
14-01-2024, 10:00 | AKTUAL
Rusiya tarixçisi: Fransa anti-Azərbaycan mövqeyi tutmaqla Afrikadakı uğursuzluğunun əvəzini çıxmaq istəyir

Fact-info.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının E.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin AZƏRTAC-ın müxbiri ilə söhbətində bu il Azərbaycanda keçiriləcək COP29 konfransı, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa işləri, habelə Ermənistan-Azərbaycan münasibətləri məsələsi kontekstində Fransanın mövqeyi barədə fikirlərini bölüşüb.

- 2024-cü ildə Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Bu hadisəni Azərbaycanın dünyadakı nüfuzunun göstəricisi adlandırmaq olarmı?

- Azərbaycan, ölkənin bir çox qlobal oyunçular tərəfindən neytral, məqbul platforma kimi qəbul edilməsi üçün öz meydançasının böyük beynəlxalq forumların keçirilməsi üçün təqdim edilməsi ilə bağlı sistemli şəkildə iş aparır. Forumun ilk dəfə Ermənistan tərəfi ilə koordinasiya edilməsi də olduqca mühüm addımdır və Azərbaycanın hətta bu kompromislərin qurulmasının heç də hər zaman mümkün olmadığı ölkələrlə belə, kompromislər tapmağı bacarmasının göstəricisidir. Azərbaycan həm də ölkəni regional məsələlərin müzakirə olunması və həll edilməsi üçün rahat, əlverişli, konstruktiv tərəfdaş kimi qəbul edən kifayət qədər geniş tərəfdaşlar şəbəkəsinə malikdir.

- Bu il keçmiş məcburi köçkünlər işğaldan azad edilmiş Qarabağdakı daha beş şəhərə (Şuşa, Xankəndi, Xocalı, Kəlbəcər, Cəbrayıl) qaytarılacaqlar. Azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa işlərinin, həyata keçirilən infrastruktur layihələrinin həcmini necə qiymətləndirirsiniz?

- Biz bunun həm Azərbaycan hökumətinin, həm də bütövlükdə Azərbaycan rəhbərliyinin əsas prioritetlərindən biri olduğunu görürük. Mən artıq iki aeroportda – Füzuli və Zəngilan hava limanlarında olmuşam, bərpa olunan bir neçə iri obyektə səfər etmişəm, o cümlədən “Ağıllı kənd” layihələri ilə tanış olmuşam. Bərpa işlərinin sürəti xoş təəssürat oyadır. Bu, ümumilikdə Azərbaycanın bütöv inkişafına, o cümlədən ümumi daxili məhsula ciddi töhfədir.

Bu, inkişaf və bərpa işləri üzrə uzunmüddətli trenddir və minalanma, ərazinin uzun illər ərzində boş qalması, elektrik enerjisinin, suyun olmaması kimi çətinliklərə baxmayaraq, bütün bu məsələlər artıq operativ şəkildə həll olunur. Dövlət bu məsələyə sistemli şəkildə yanaşır, qabaqcıl texnologiyaları işə cəlb edir. Şuşanın bərpası ilə bağlı gördüklərimiz görülən işlərin həm də digər regionlardakı tarixi irslə əlaqədar olduğunu göstərir. Tikilən binaların ən müasir texnologiyaya əsaslanan evlər olduğunu da görürük. Ümumiyyətlə, dövlət bu baxımdan maksimum səmərəlilik göstərərək, ərazilərin tezliklə bərpası və insanları həmin bölgəyə geri qaytarmaq iradəsini nümayiş etdirir.

- İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq Qələbəsi, ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin (NBM) yaradılması, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası... 2020-ci il sentyabrın 27-dən bəri ölkənin siyasi və hərbi rəhbərliyinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Biz Azərbaycanın çox aydın və dəqiq məqsədi olduğunu və dövlətçiliyin əsas məsələsi olan ərazi bütövlüyü probleminin həlli üçün nə etmək lazım olduğunu dərk etdiyinin şahidi olduq. Rəqiblərindən fərqli olaraq, Azərbaycanın kifayət qədər ardıcıl və dəqiq xətti var idi. Azərbaycan diplomatik və hərbi səylərini birləşdirməyi bacardı: diplomatik səylər səmərə verməyəndə, Azərbaycan hərbi səylərini nümayiş etdirdi, eyni zamanda, hər zaman dialoqa açıq olduğunu bəyan etdi. Bu nöqteyi-nəzərdən, əldə olunan nəticə qanunauyğundur - Azərbaycan həm hərbi, həm də siyasi cəhətdən istədiyinə nail ola bildi.

- Sonuncu sualım Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasındakı mövqeyi haqqındadır. Son vaxtlar Fransa açıq şəkildə anti-Azərbaycan mövqeyi sərgiləyir, Ermənistanı silahlandırır və dəstəkləyir, Azərbaycan şairəsinin abidəsinə qarşı vandalizm aktı həyata keçirilir. Lakin Azərbaycanın iradəsini qırmaq mümkün deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gücümüzün əsas mənbəyi haqlı olmağımızdadır. Siz Fransanın zəifliyini nədə görürsünüz?

- Fransa xüsusən Afrikadakı məğlubiyyəti və sonsuz itkiləri fonunda, ritorika hesabına özünü qlobal oyunçu kimi göstərməyə çalışır. Buna görə, Fransanın indiki halda əks nəticə verən mövqeyi, onun Afrikada müşahidə olunan uğursuzluqlarının və məğlubiyyətlərinin əvəzini çıxmaq ehtiyacı duyması ilə əlaqədardır. Müvafiq olaraq, Ermənistan bu baxımdan əlverişli variantdır – çünki heç bir ciddi nəticə olmadan sərt anti-Azərbaycan mövqeyi tutmaq olar. Fransanın maksimum dərəcədə itirəcəyi Azərbaycanla olan normal münasibətlərdir, faktiki olaraq, o artıq bu münasibətləri itirib. Lakin, eyni zamanda, Fransa bu ritorikanı davam etdirir, çünki siyasi diskurs baxımından bunları demək niyyəti güdür: “Biz Cənubi Qafqazdakı tərəfdaşımızı dəstəkləyirik. Biz Cənubi Qafqazda mühüm oyunçuyuq”. Fransa və Avropa sakinlərinin isə heç biri qüvvələrin gerçək uyğunluğunun nədən ibarət olduğunu və Fransanın bu mövqeyinin nə üçün əksyönümlü və dağıdıcı olduğunu anlamır.




Baxış sayı: 95
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30