FACT-INFO.AZ » MEDİA » İtaliya saytları Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesindən yazıb
11-01-2024, 09:30 | MEDİA
İtaliya saytları Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesindən yazıb

Ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun İtaliya mətbuatında Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesi, keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışı və Qarabağdakı mina probleminə dair məqaləsi dərc olunub.

“Agenzia Nova”, “Diplomatic Correspondent Blogspot”, “Agen SIR” kimi mətbu orqanlarında yayImlanan məqalədə İlqar Muxtarov Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin yanvarın 8-də Azərbaycan ilə Ermənistanı sülh müqaviləsini imzalamağa çağırmasının çox yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulayıb ki, Roma Papasının Cənubi Qafqaz regionundakı vəziyyətə toxunması, sülh müqaviləsinin imzalamasının zəruriliyini qeyd etməsi, tərəfləri köçkünlərin öz evlərinə qanuni və təhlükəsiz şəkildə qayıtmasını təşviq etməyə, orada müxtəlif dini icmalara məxsus ibadət yerlərinə hörmətlə yanaşmağa səsləməsi və bu addımların çox arzulanan sülh baxımından iki ölkə arasında etimad mühitinin yaradılmasına kömək edəcəyini bildirməsi müsbət haldır.

Səfir xatırladıb ki, erməni tərəfinin işğalçılıq siyasəti nəticəsində Ermənistandan 250 min, həmçinin Qarabağdan olan təxminən 750 min məcburi köçkün otuz ildən artıq müddətdə öz yurd-yuvalarından uzaqda yaşamağa məcbur olub. Bu gün onların öz evlərinə təhlükəsiz şəkildə qayıtmasına ən böyük maneə isə otuz il ərzində işğalçılar tərəfindən bölgədə basdırılan piyada əleyhinə minalardır.

“Beynəlxalq ictimaiyyətin, eləcə də işğaldan azad edilmiş ərazilərimizin bərpasında bizə dəstək olanların köməyini yüksək qiymətləndiririk. Bu bizə xalqımız üçün yeni sülh və birgəyaşayış həyatı planlaşdırmağa imkan verir. Çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycan bütün dinlərin qorunmasına hörmət edib və onların irsinin qorunmasına hər zaman maksimum diqqət yetirib. Azərbaycanda təmsil olunan və qorunan bütün dinlərin irsinin qorunub saxlanmasında ölkəmizin öhdəliyi maksimumdur. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında ən qısa zamanda sülh sazişi imzalana, iki ölkə arasında bütün kommunikasiya yolları açıla və qaçqınların geri qayıtmasına şərait yaradıla bilər”, - deyə diplomat qeyd edib.




Baxış sayı: 120
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30