FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycan ictimaiyyəti adından Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibətlə bağlı - Bəyanat
10-01-2024, 18:00 | MƏDƏNİYYƏT
Azərbaycan ictimaiyyəti adından Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibətlə bağlı - Bəyanat

Azərbaycan ictimaiyyəti adından Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibətlə bağlı bəyanat qəbul olunub.

Fact-info.az  xəbər verir ki, bəyanatda deyilir:

“Biz – Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimləri, vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Yelisey sarayının sifarişi ilə Fransanın Evian-Le Bən şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı nümayiş etdirilən rəftarı qəbuledilməz sayırıq, abidənin üzərinin bağlanmasını Azərbaycan mədəniyyətinin təhqir edilməsi kimi dəyərləndiririk.

Xurşidbanu Natəvan bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübariz kimi tanınır, onun əsərləri Azərbaycanda dövlət varidatı elan olunub. Görkəmli fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi Natəvan, eyni zamanda, Azərbaycan və Fransa xalqları arasında dostluğun tərənnümçüsü kimi tanınır.

Evian-Le Bən şəhərində baş vermiş rəzalət Fransa hakimiyyətində azərbaycanofobiya, türkofobiya, islamafobiyanın hansı həddə çatdığını əyani şəkildə göstərir.

Ədəbiyyatın, incəsənətin, mədəniyyətin çirkin siyasi oyunbazlığa alət edilməsini kəskin şəkildə pisləyirik.

Natəvan Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın nəticəsidir, Xan qızının bütün həyat və fəaliyyəti doğma Şuşa ilə sıx bağlıdır. O, daim Şuşa şəhərinin abadlığı və ictimai-mədəni mühitinin inkişafı üçün çalışıb, humanist təbiəti, nəcibliyi, mərhəməti ilə şöhrət qazanıb.

Vaxtilə Natəvanın Şuşada büstü ucaldılmışdı, həmin abidə Azərbaycan mədəniyyətinin böyük şəxsiyyətləri Üzeyir Hacıbəyli, Bülbülün büstləri kimi 1992-ci ildə Ermənistan tərəfindən güllələndi və material kimi xaricdə satışa çıxarıldı. Bu gün hər 3 büst Şuşada – doğma torpağındadır.

Azərbaycan Prezidenti İlham Əliyev bu milli irsi, tarixi ədaləti bərpa etdi. Natəvanın Ağdamda ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsi də abadlaşdırıldı.

Bu gün Natəvanın Şuşada ucaldılan büstü, Ağdamda bərpa edilmiş qəbirüstü abidəsi Azərbaycan xalqının tarixi Zəfərinin təntənəsini nümayiş etdirir.

Onların dağıdılması, talan edilməsi artıq tarixin arxivinə qovuşmuş ATƏT-in Minsk qrupuna həmsədr ölkə kimi bütün işğal dövründə Fransanın gözləri qarşısında baş verib.

Vaxtilə Natəvanın ailə mülkü olan Xankəndi də indi azaddır.

Göründüyü kimi, bu gün Natəvan obrazı həm də yeni çalarlar qazanaraq, özündə Şuşa Zəfərini, Xankəndi Qələbəsini təcəssüm etdirir. Ona görə də Fransada məhz Natəvanın abidəsinə qarşı olan bu iyrənc hərəkətlər təsadüfi görünmür. Fransa hakimiyyəti siyasi hikkəsini Natəvanın Evian-Le Bən şəhərindəki heykəlindən çıxmaqla, hansı səviyyəyə endiyinin fərqinə varmalıdır. Bu, Fransanın siyasi tarixinə qara ləkə kimi düşəcək.

2020-ci il Vətən müharibəsi dövründə Azərbaycan Fransa tərəfindən davamlı şəkildə iftiralarla üzləşdi. Bu gün də bütün beynəlxalq platformalarda Fransa hakimiyyəti Azərbaycana qarşı hücuma keçib. Biz yaxşı başa düşürük ki, bu, Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı tarixi Zəfərin qisasıdır. Yelisey sarayından buna son qoyulmasını tələb edirik.

Fransa hakimiyyətini Natəvanın heykəli ilə əlaqədar rüsvayçılığı aradan qaldırmağa, həmin parkda yerləşdirilmiş lövhədə silinmiş “Azərbaycan Bağı” sözlərini yerinə qaytarmağa çağırırıq.

Biz Fransanın Azərbaycandakı səfirinə indiyədək getməkdən imtina etdiyi Şuşada Natəvanın abidəsini ziyarət etməyə mənəvi borcu olduğunu xatırladırıq.

Yelisey sarayı Azərbaycan bədii fikrinin və mədəniyyətinin görkəmli xadiminə qarşı bu hərəkətlər, azərbaycanlı diplomatların, jurnalistlərin Fransadan çıxarması əvəzinə, Parisdəki Azərbaycan səfirliyinə edilmiş hücumu araşdırmalı, günahkarları cəzalandırmalıdır.

Bu, bütün Azərbaycan ictimaiyyətinin gözləntisi və tələbidir”.

İmzalar:

Anar - Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri;

Fərhad Xəlilov - Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri;

Rəşad Məcid – Azərbaycan Mətbuat Şurasının sədri;

Rasim Balayev - Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri;

Çingiz Abdullayev - Xalq yazıçısı;

Sabir Rüstəmxanlı – Xalq şairi;

Nəriman Həsənzadə - Xalq şairi;

Ramiz Rövşən – Xalq şairi;

Mövlud Süleymanlı – Xalq yazıçısı;

İlqar Fəhmi – Azərbaycan Yazıçılar Birliyinin katibi;

Səlim Babullaoğlu - Azərbaycan Yazıçılar Birliyinin katibi;

Elçin Hüseynbəyli - Azərbaycan Yazıçılar Birliyinin katibi;

Fuad Məmmədov – “Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri;

Bəyimxanım Verdiyeva - Xan Şuşinski Fondunun sədri;

Nəsiman Yaqublu - “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri

Mübariz Əsgərov - “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri;

Şəhla Nağıyeva – “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri;

Nuriyyə Hüseynova – Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İctimai Birliyinin sədri.




Baxış sayı: 215
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30