FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 130-cu kitabı çapdan çıxıb
9-01-2024, 17:30 | TƏDQİQATLAR-ANALITIKA
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 130-cu kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 130-cu kitabı çapdan çıxıb.

Fact-info.az xəbər verir ki, çoxcildliyin yeni kitabında toplanmış materiallar 2023-cü ilin iyul-sentyabr aylarını əhatə edir. Bu kitabda Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana və Tacikistana səfərlərinə, həmçinin ölkəmizə səfər etmiş Özbəkistan və Türkiyə prezidentləri ilə görüşlərinə dair materiallar toplanıb. Xatırladaq ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin 2023-cü ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı iki ölkənin liderləri, həmçinin Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər, Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər, şəhərin baş planı ilə tanış olublar, habelə Şuşa şəhərinə səfər ediblər. Bütün bunlar haqqında informasiyalarla 130-cu kitabda tanış olmaq mümkündür.

2023-cü il sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri isə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi ilə əlamətdar olub. Kitaba Azərbaycan və Türkiyə prezidentlərinin bu mərasimdə iştirakına, habelə təkbətək görüşünə, sənədlərin imzalanmasına, qardaş ölkələrin liderlərinin mətbuata bəyanatlarla çıxışlarına, Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinin açılış mərasimində iştirakına dair informasiyalar da daxil edilib.

Ötən ilin sentyabr ayının ən mühüm hadisəsi isə Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirləri olub. Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib. Prezident İlham Əliyev bu tədbirlərin nəticələri ilə bağlı Azərbaycan xalqına müraciət edib.

Sitat: Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız-adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Biz, sadəcə olaraq, həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən “erməni cəfakeşlərindən” tələb edirdik - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın.

Azərbaycan Prezidentinin bu müraciətinin tam mətni 130-cu kitaba daxil edilib.

Yeni nəşrdə dövlətimizin başçısının Çinin “China Media Group” media korporasiyasına, Şuşada “Euronews” televiziyasına müsahibələrinin mətnləri də verilib.

Dövlətimizin başçısı avqust ayında, həmçinin Qazax, Şəmkir, Samux, Bərdə, Kəlbəcər və Laçında səfərdə olub, “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak edib. Oxucu bu kitabda həmin səfərlərin materialları ilə də tanış ola bilər.

“Azərnəşr” tərəfindən buraxılan 130-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.




Baxış sayı: 200
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30