BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müvafiq dövlət qurumları tərəfindən yüksək beynəlxalq standartlara uyğun səviyyədə keçiriləcək.
Fact-info.az xəbər verir ki, bu fikirlər Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov bu ölkənin “Svenska Dagbladet” qəzetində dərc olunan məqaləsində yer alıb.
Diplomat məqaləsində Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ilə bağlı qərarın yekdilliklə qəbul olunduğunu və bunun Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində müsbət irəliləyişlər fonunda baş verdiyini xatırladıb.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə COP29-a ilk hazırlıq iclasının keçirildiyi və müvafiq dövlət qurumları tərəfindən bu mötəbər tədbirin də ən yüksək beynəlxalq standartlara uyğun səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.
Z.Əhmədov rəsmi Bakının yaşıl enerjiyə keçid istiqamətində atdığı ardıcıl addımlar, eləcə də Avropaya yaşıl enerji ixracı məqsədilə Azərbaycan və tərəfdaşları tərəfindən əsası qoyulmuş Qara dəniz sualtı elektrik xətti barədə məlumat verib.
Yazıda beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın daha öncə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu, hazırda isə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatında sədrlik etdiyi də diqqətə çatdırılıb.
Habelə, ölkənin Avroviziya mahnı müsabiqəsi, Avropa Oyunları, Avropa Liqasının finalı, Avropa futbol çempionatının görüşləri, Formula 1, Beynəlxalq Astronavtika Konqresi və s. kimi çoxsaylı mötəbər beynəlxalq tədbirlərə uğurla evsahibliyi etmək təcrübəsinin olduğu vurğulanıb.
Baxış sayı: 115
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
