Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri kont-admiral Zeki Aktürk Türkiyənin Azərbaycan da daxil olmaqla dost və müttəfiq ölkələrin haqlı davalarına dəstək verməyə davam etdiyini bildirib.
Fact-info.az xəbər verir ki, bu barədə MMN rəsmisi həftəlik keçirlən mətbuat konfransında deyib.
"Türk Silahlı Qüvvələrimiz Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya və Herseqovina, Qətər, Somali və bir çox başqa bölgələrdə uğurla xidmət edir. Qardaş, dost və müttəfiq ölkələrin ədalətli mübarizəsinə dəstək verməkdə davam edirik", - deyə o vurğulayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonunda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində işini davam etdirir ("Report").
Baxış sayı: 95
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
