FACT-INFO.AZ » SİYASƏT » Türkiyənin milli müdafiə naziri: "Azərbaycanla strateji müttəfiqlik səylərimiz uğurla davam edir”
4-01-2024, 07:00 | SİYASƏT
Türkiyənin milli müdafiə naziri: "Azərbaycanla strateji müttəfiqlik səylərimiz uğurla davam edir”

"Azərbaycanla strateji müttəfiqliyimizi gücləndirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün birgə səylərimiz uğurla davam edir".

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.

Nazir bildirib ki, Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha da inkişaf etdirəcək:

"Biz sarsılmaz həmrəyliyimizi, xüsusilə də müdafiə sənayesi və hərbi sahədə əməkdaşlığımızı daha yüksək səviyyələrə çatdırmaq üçün davamlı olaraq çalışırıq. Qafqaz regionunun artıq münaqişəyə deyil, dostluq və əməkdaşlığa ehtiyacı var.

Qafqazda təhlükəsizlik və sülh Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsindən keçir. Bu istiqamətdə səmimi səyləri dəstəkləyirik və mümkün qədər tez müsbət nəticə əldə etməyi arzulayırıq".

Yaşar Güler Türkiyənin həm kədərli, həm də sevincli gündə Azərbaycanla bir yerdə olduğunu bildirib. O, son vaxtlar​​Azərbaycanla Ermənistan arasında etimadı artıran addımların atılmasından məmnun olduğunu ifadə edib.

"Noyabrda Bakıda Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşünü keçirdik. Bu görüş hərbi və təhlükəsizlik məsələləri də daxil olmaqla geniş spektrli məsələlər üzrə hər üç ölkənin ümumi maraqlarına və gözləntilərinə xidmət etdi. Regional sabitliyin təmin edilməsi istiqamətində çoxşaxəli səylərimiz gələcəkdə də davam edəcək", - nazir deyib.

Yaşar Güler Türkiyənin ​​dost və müttəfiq ölkələrlə qarşılıqlı hərbi əməkdaşlığı inkişaf etdirmək üçün hərbi çərçivə sazişləri, təlim sahəsində əməkdaşlıq və hərbi yardım müqavilələri imzalandığını da xatırladıb.




Baxış sayı: 95
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30