Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Vətən müharibəsi iştirakçısı, qəhrəman şəhid polkovnik-leytenant Vidadi Xəlilovun həyat və döyüş yolundan bəhs edən “Qubadlı fatehi” adlı videomaterial hazırlanıb.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda şəhid Vidadi Xəlilovun həyatı, hərbi fəaliyyəti, döyüş yolu, layiq görüldüyü fəxri ad və təltiflər haqqında məlumat verilir.
Videomaterialda Ulu Öndər Heydər Əliyevin, Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda vuruşan və şəhidlik zirvəsinə ucalan qəhrəman Azərbaycan oğulları haqqında söylədikləri dəyərli fikirlər, Xalq şairi Bəxtiyar Vahabzadənin şəhidlərə həsr etdiyi şeirdən misralar təqdim edilir.
Materialda Vidadi Xəlilovun ailə üzvlərinin onun haqqında səsləndirdikləri xatirələr, şəhidin döyüş zamanı çəkilən fotoları və videogörüntüləri də yer alır.
Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun həyat və döyüş yolundan bəhs edən “Qubadlı fatehi” adlı videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.
Baxış sayı: 145
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
