FACT-INFO.AZ » AKTUAL » Elçin Əmirbəyov “Le Monde”yə danışıb: Fransa Azərbaycanın qələbəsini heç bir vəchlə həzm edə bilmir
29-12-2023, 11:00 | AKTUAL
Elçin Əmirbəyov “Le Monde”yə danışıb: Fransa Azərbaycanın qələbəsini heç bir vəchlə həzm edə bilmir

Fransa Azərbaycanın qələbəsini heç bir vəchlə həzm edə bilmir.

Fact-info.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzetinə müsahibəsində Fransa-Azərbaycan münasibətlərinin gərginləşməsi ilə bağlı məqalənin müəllifi, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

O, qeyd edib ki, hazırda müşahidə olunan ikitərəfli münasibətlərin pisləşməsi Ermənistan-Azərbaycan qarşıdurmasında Fransanın tamamilə ədalətsiz, qərəzli ermənipərəst mövqeyi ilə bağlıdır.

Artıq uzun illərdir ki, Ermənistana hər cür diplomatik, iqtisadi, son zamanlar isə həm də hərbi dəstək verən Fransa özünün ziyanverici fəaliyyəti ilə Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunmasının perspektivlərinə zərbə vurur.

BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı və onun təsisatları kimi müxtəlif beynəlxalq platformalardan açıq-aşkar anti-Azərbaycan təşəbbüslərinin həyata keçirilməsi məqsədilə bir alət qismində istifadə edilməsi təkcə Fransanın onsuz da şübhəli olan potensial vasitəçi reputasiyasını tamamilə məhv etməyib, həm də Parisə qabaqcıl rollardan birini ayıran Avropa İttifaqının özünə münasibətdə Bakının etimadına ciddi zərər verib.

E.Əmirbəyov vurğulayıb ki, İrəvana ölümcül silahların tədarükü Cənubi Qafqaz regionunda sabitliyi pozur və təhlükəsizliyə zərbə vurur, onu yeni hərbi münaqişələrə, mənasız silahlanmaya sürükləyir və Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunması perspektivlərini süni şəkildə uzaqlaşdırır.

E.Əmirbəyov sonda deyib: “Aydındır ki, Fransa tarixi ədaləti bərpa etmiş, Qarabağda və özünün digər ərazilərində otuzillik erməni işğalına son qoymuş Azərbaycanın qələbəsini həzm edə bilmir”.




Baxış sayı: 160
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30