FACT-INFO.AZ » MEDİA » “The Guardian”: Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxındır
29-12-2023, 09:30 | MEDİA
“The Guardian”: Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxındır

Nüfuzlu “The Guardian” nəşrində Azərbaycanla bağlı məqalə dərc olunub.

Fact-info.az xəbər verir ki, məqalənin müəllifi Patrik Vinturun, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə Sankt-Peterburqda görüşdüklərini xatırladıb. Qeyd edilib ki, Azərbaycanın rəsmi şəxsləri ölkənin çoxillik münaqişəyə son qoymaq üçün Ermənistanla sülh sazişinin imzalanmasına yaxın olduğunu bəyan ediblər. O, Azərbaycanın antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsi üzərində nəzarəti tam bərpa etdiyini bildirib.

Vurğulanıb ki, iki ölkə münasibətləri normallaşdırmaq və sərhədləri qarşılıqlı tanımaqla sülh sazişinin imzalanması barədə danışıqları sürətləndirib.

Oxucuların diqqətinə çatdırılıb ki, bu yaxınlarda hər iki tərəf xoş məram nümayiş etdirərək saxlanılan şəxsləri dəyişdirib. Eyni zamanda, tərəflər vasitəçi olmadan birgə bəyanatla çıxış ediblər.

Məqalədə bildirilib ki, dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburqda Paşinyanla görüşüb.

Tərəflər artıq sülh sazişi üzrə potensial və nisbətən qısahəcmli bir neçə layihəni mübadilə ediblər. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib ki, ölkə hazırda sonuncu sülh sazişi layihəsində göstərdiyi təkliflərə Ermənistanın cavabını gözləyir.

“Anlamaq vacibdir ki, danışıqların belə bir həlledici mərhələsində biz göründüyü kimi, yekun sazişin imzalanmasından elə də uzaq deyilik, bu halda bizə nəticəyə gətirib çıxaracaq səylər gərəkdir. Mən bilirəm ki, üç onillik ərzində davam edən və heç bir ciddi nəticələr verməyən danışıqlardan sonra tərəflərin hər birində müəyyən yorğunluq, üstəlik, hər hansı həqiqi nəticələr olmadan tərəflərin bir-biri ilə görüşlərinin hələ nə qədər davam edəcəyi ilə bağlı yaranmış məyusluq var”, - deyə o qeyd edib.

Müəllif qeyd edir ki, E.Əmirbəyovun sözlərinə görə, sülh sazişi layihəsinin beş prinsipi aşağıdakı maddələri ehtiva edir: bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, indi və gələcəkdə bir-birilərinə qarşı hər hansı ərazi iddialarını və ziddiyyət təşkil edən hər hansı aktları, gücdən istifadə və ya güc tətbiq etmək hədəsi kimi BMT nizamnaməsinə zidd olan hər hansı hərəkətləri rədd etmək, eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası, iki ölkə arasında kommunikasiyaların və əlaqələrin qurulması.

Sərhədlərin demarkasiyası məsələsi çətin olduğundan daha sonrakı mərhələdə də həll edilə bilər.

Azərbaycan, həmçinin bu sazişin müəyyən mənada mübahisələrin həlli mexanizmini də nəzərdə tutmasını istəyir. “Biz, həmçinin yarana biləcək bütün mümkün anlaşılmazlıqları və fərqlilikləri yoluna qoya biləcək ikitərəfli komissiyanın yaradılmasını ehtiva edən maddənin sülh sazişində öz əksini tapacağı müqaviləyə nail olmağa üstünlük veririk”, - deyə nəşr E.Əmirbəyovun sözlərindən sitat gətirir.

Müəllif, eyni zamanda, Naxçıvan məsələsinə də toxunur, 2020-ci ilin noyabrında imzalanmış Bəyanatda Paşinyanın Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən nəqliyyat kommunikasiyalarının açılmasına razılıq verdiyini bildirib.

“Biz bundan artıq vaxt itirə bilmərik. Üç il ərzində Ermənistan hətta 42 kilometrlik yolun texniki-iqtisadi əsaslandırılmasına başlamayıb. Əlbəttə, biz Ermənistanı üzərinə öhdəlik kimi götürdüyü işi görməyə vadar edə bilmərik, üstəlik, bu layihəni zorla da olsa həyata keçirmək üçün həmin ölkənin ərazisinə müdaxilə edəcəyimizi güman etmək də çox mənasızdır. Buna görə də, biz İrandan keçməklə avtomobil və dəmir yolu xəttinin inşası üçün Tehrana müraciət etdik”, – deyə xüsusi tapşırıqlar üzrə nümayəndə qeyd edib.




Baxış sayı: 95
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30