FACT-INFO.AZ » AKTUAL » Dünya ölkələri Cənubi Qafqazın güc mərkəzinin Azərbaycan olduğunu başa düşməlidir
28-12-2023, 08:00 | AKTUAL
Dünya ölkələri Cənubi Qafqazın güc mərkəzinin Azərbaycan olduğunu başa düşməlidir

Təəssüf ki, Fransa hər zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Bu qərəz torpaqlarımızın işğal altında olduğu 30 il müddətində və işğaldan azad edildiyi dövrdə, eyni zamanda, bu ilin sentyabrında keçirilən antiterror tədbirləri zamanı özünü göstərib. Fransa Cənubi Qafqazda Ermənistanı özünün tərəfdaşı qismində görür. Bu səbəbdən də bu ölkə Azərbaycana qarşı birmənalı olaraq ədalətsiz mövqe nümayiş etdirməkdədir. Son günlər baş verənlər Fransanın Azərbaycanda agentura şəbəkəsini formalaşdırmaq niyyətində olduğunu göstərdi.

Fact-info.az xəbər verir ki,  bu fikirləri AZƏRTAC-a açıqlamasında “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova səsləndirib.

G. Səfərova bu gün Azərbaycanın dünyada enerji təhlükəsizliyi məsələsində olduqca etibarlı tərəfdaş kimi çıxış etdiyini vurğulayıb.

“Dünya ölkələri Cənubi Qafqazın güc mərkəzinin Azərbaycan olduğunu başa düşməlidir. 2024-cü ildə keçiriləcək COP29-a və digər beynəlxalq əhəmiyyətli tədbirlərə Azərbaycanın ev sahibliyi etməsinə görə Fransa ölkəmizin daxilində hər hansı iğtişaş yaradacaq əməllərə əl atmaq niyyətindədir. Bu, bizim üçün gözlənilən idi. Çünki Fransa heç vaxt özünün qərəzli əməllərindən əl çəkməyəcək. Hazırda ölkəmiz üçün həssas bir dövrə qədəm qoyuruq. Agentura şəbəkəsinin 2 nəfərdən ibarət olduğunu düşünmürəm. Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşlarının agentura şəbəkəsinin digər üzvlərini də üzə çıxaracağına əminəm”, - deyə QHT sədri bildirib.

Erməni lobbisinin Fransada kifayət qədər güclü təsir qüvvəsinin olduğunu xatırladan QHT sədri bildirib ki, Emmanuel Makron hakimiyyətə gələndə erməni lobbi qrupu və Fransada yaşayan erməni əhalisi ilə bağlı bir sıra öhdəliklər götürüb. Agentura şəbəkəsinin aşkar edilməsi də Makronun siyasi baxımdan nüfuzdan düşməsinə gətirib çıxaracaq.

G. Səfərova ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın uzun müddət status-kvonu qoruyub saxladığını xatırladaraq, bunun Qarabağ münaqişəsinin həllinin uzanmasına gətirib çıxardığını vurğulayıb.

“Azərbaycan müstəqil ölkə kimi öz ərazisində uzun illər dondurulmuş bir münaqişəni həll etdi. Ölkəmiz 2020-ci ildə status-kvonu yerlə-yeksan etdi, 2023-cü ilin sentyabrında isə ərazi suverenliyini tam olaraq bərpa etdi. Bu münaqişədən nə Avropa, nə də digər ölkələr istifadə edə bildi. Məlumdur ki, Cənubi Qafqazda və dünyanın digər bölgələrində həll olunmayan digər münaqişələr var. Azərbaycan həmin ölkələrə də münaqişələrin həlli yolunu göstərdi. Bütün bunlar Makronun siyasi məğlubiyyəti deməkdir. Fransanın digər məğlubiyyəti isə Ermənistana silah satışı prosesinin həyata keçirə bilməməsi ilə bağlı oldu. Məlumdur ki, Ermənistanın hərbi sənayesi Rusiyanın əlindədir. Bu məsələdə də maraqların toqquşması baş verdi.

Fransa Cənubi Qafqazda söz sahibi olmaq istəyir. Bütün bu uğursuzluqlar səbəbindən Makron hakimiyyəti ölkəmizə qarşı qərəzli siyasət yürüdür. Bir müddət keçəndən sonra erməni cəmiyyəti Fransanın yalnız sözdə onların yanında olacağını görəcək. Bu da növbəti seçkilərdə Makron hakimiyyəti üçün erməni lobbisinin səslərinin azalması ilə nəticələnəcəyinə əminəm”, - deyə G.Səfərova qeyd edib.




Baxış sayı: 120
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30