FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Türk dövlətlərində milli kimlik və mədəni əlaqələr” adlı elmi-sosioloji tədqiqatın nəticələri elan olundu
27-12-2023, 10:30 | TƏDQİQATLAR-ANALITIKA
Türk dövlətlərində milli kimlik və mədəni əlaqələr” adlı elmi-sosioloji tədqiqatın nəticələri elan olundu

25 dekabr 2023-cü il tarixində Türkiyənin Qazi Üniversitetinin akt zalında Türk Akademiyası tərəfindən aparılmış  “Türk Barometr 2023: türk dövlətlərində milli kimlik və mədəni əlaqələr” adlı elmi- sosioloji tədqiqatın nəticələri ilə bağlı təqdimat mərasimi keçirilib.

Fact-info.az xəbər verir ki, Türk dövlətlərində 6341 respondent ilə həyata keçirilən tədqiqat Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədə əhalinin əhəmiyyət verdiyi sosial və mədəni dəyərləri müəyyən etmək, həmçinin Türk xalqlarının bir-birinə yaxınlaşma ilə bağlı təsəvvürləri ortaya çıxarmaq məqsədi daşıyır. 

Türk Akademiyası və  Qazi Universiteti Türk Dünyası Araşdırma Mərkəzi (TÜRKDAM) tərəfindən birgə təşkil olunan tədbirdə Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türkiyə Cumhuriyəti Prezident aparatının sabiq baş katibi Prof.Dr. Mustafa İsen,  Qazi Universitetinin prorektoru Prof.Dr. Yücel Gelisli, ictimai elmlərin müxtəlif sahələrindən olan elm adamları iştirak etdilər.

Tədbirin açılış nitqini söyləyən Türk Akademiyasının prezidenti  akademik Şahin Mustafayev aparılmış elmi-sosioloji tədqiqatın türk dövlətləri arasında mövcud münasibətlərlə bağlı təsəvvürləri və gözləntilərinin aşkara çıxarılmasında vacib əhəmiyyət kəsb etdiyini bildirdi. Həmçinin Ş.Mustafayev xüsusilə qlobal proseslər müstəvisində və türk dövlətlərinin getdikcə bir-birinə daha da yaxınlaşma şəraitində bu cür elmi tədqiqatların keçirilməsinin vacib olduğunu qeyd etdi. Tədbirin açılış hissəsində çıxış edən Türkiyə Cumhuriyəti Prezident aparatının sabiq baş katibi Prof.Dr. Mustafa İsen,  müasir dövrdə Türk dövlətlərində ortaq dəyərlərin bu cür elmi-sosioloji tədqiqatlarla müəyyən olunmasının Türk dünyasında milli-mənəvi dəyərlərin qorunması və yaşadılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi. Qazi Universitetinin prorektoru Prof.Dr. Yücel Gelisli isə öz çıxışında  elm adamlarının ortaq səyləri nəticəsində ərsəyə gələn bu tədqiqatın Türk dövlətləri arasında elm və təhsil sahəsində də əməkdaşlığın uğurla həyata keçirildiyinin bariz  nümunəsi olduğunu söylədi.

Çıxışlardan sonra Türk Akademiyası tərəfindən həyata keçirilən “Türk Barometr 2023: türk dövlətlərində milli kimlik və mədəni əlaqələr” adlı elmi- sosioloji tədqiqatın nəticələri tədbir iştirakçılarına təqdim olundu. Təqdimatın ardından elmi-sosioloji tədqiqatın nəticələrinin elm adamları tərəfindən müzakirəsi keçirildi.




Baxış sayı: 135
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30