FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “İRS” jurnalının italyan dilində yeni nömrəsi çapdan çıxıb
24-12-2023, 08:30 | MƏDƏNİYYƏT
“İRS” jurnalının italyan dilində yeni nömrəsi çapdan çıxıb

“İRS” jurnalının italyan dilində növbəti nömrəsi işıq üzü görüb.

Fact-info.az xəbər verir ki, jurnalın yeni nömrəsində bu il dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyi bildirilir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin müstəqilliyini bərpa etməsi, suverenliyini möhkəmləndirməsi və beynəlxalq arenada rolunun artması istiqamətindəki misilsiz xidmətləri qeyd olunur.

Jurnalda ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun Azərbaycan-Vatikan əlaqələrindən bəhs edən məqaləsi dərc olunub. Yazıda Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətlərinin qarşılıqlı hörmətə, dialoqa, birgə əməkdaşlığa və ortaq maraqlara əsaslandığı vurğulanır.

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Marko Skurrianın məqaləsində isə iki ölkənin çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasın istiqamətində həyata keçirdiyi layihələrin, o cümlədən TAP boru kəmərinin əhəmiyyətinə diqqət çəkilir. İtaliya-Azərbaycan əlaqələrinin inkişafından və strateji əməkdaşlığın nəticəsi olaraq müxtəlif sektorlar üzrə əldə edilən uğurlardan, çoxsaylı İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən azad edilmiş ərazilərin yenidən qurulması layihələrinə cəlb olunmasından bəhs edilir.

Bundan başqa, jurnalda Ermənistandan zorla köçürülmüş azərbaycanlıların qayıdış hüququndan və Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki mina problemindən bəhs edən məqalələr yer alıb.

Həmçinin Naxçıvanın şəhərləri və qalaları, Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Çotari Alban-Udi kilsəsi, eləcə də Azərbaycan tarixinə alim və pedaqoq, şair və musiqişünas, rəssam və xəttat kimi daxil olmuş Mir Möhsün Nəvvab haqqında ətraflı məlumat verilir.




Baxış sayı: 70
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30