FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan səfiri Fransanın seçkili orqanlarının nümayəndələrinə tutarlı cavab verib
23-12-2023, 18:00 | SİYASƏT
Azərbaycan səfiri Fransanın seçkili orqanlarının nümayəndələrinə tutarlı cavab verib

Fransanın “La Tribune” portalında Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayevanın bu ölkənin bir qrup seçkili orqanının nümayəndələrinin imzaladığı və bu portalda dərc edilmiş məqaləsinə cavabı işıqlandırılıb.

 Fact-info.az xəbər verir ki, səfir Leyla Abdullayeva cavabında Fransanın seçkili orqanlarının nümayəndələrinin fikirlərinin anlaşılmaz və qəbuledilməz olduğunu bildirir. Qeyd edilir ki, Azərbaycan ilə Ermənistan arasında ədalətli və davamlı sülhün bərqərar olması perspektivinin indiki qədər real göründüyü bir vaxtda özünü Ermənistanın dostu kimi qələmə verən həmin nümayəndələrin COP29-un Bakıda keçirilməsi ilə əlaqədar məqaləsi anlaşılmaz olduğu qədər də qəbuledilməzdir.

Diplomat COP29-un Bakıda keçirilməsi ilə bağlı qərarın qəbuluna dair prosesi xatırladaraq vurğulayıb ki, o, yekdilliklə qəbul edilib. Diqqətə çatdırılıb ki, bu qərar Fransa və Azərbaycanın xeyrinə öz namizədliyini geri götürən Ermənistanın dəstəyi ilə verilib.

L.Abdullayeva vurğulayıb ki, Azərbaycan və Ermənistanın bu yaxınlarda qəbul etdikləri birgə bəyanat yalnız iki ölkə arasında etimadın yaradılması deyil, həm də ümumilikdə bölgədə dayanıqlı sülhün təmin edilməsi istiqamətində atılan təqdirəlayiq addım olduğu bir vaxtda, bu məqalə nifrət oyatmağa hesablanıb. Məqalədə yalnız yalanların əks olunduğunu bildirən səfir diqqətə çatdırıb ki, heç ermənilərin özləri belə yalanlara əl atmırlar.

“1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan həqiqi demokratik proses həyata keçirən, tamamilə dünyəvi, gender bərabərliyinə sadiq (azərbaycanlı qadınlar fransız qadınlardan 26 il əvvəl səs vermək hüququna malik olublar), tam iqtisadi inkişafda olan gənc dövlətdir. Azərbaycan karbohidrogen istehsalçısı olsa da, çox iddialı proqramlar həyata keçirir.

Ermənistanın dostu olan bir qrup fransız nümayəndə bu platformadan istifadə edərək, əslində, Azərbaycana qarşı qarayaxma ilə məşğul olmaqla yanaşı, Ermənistanın seçimlərini də pisləyir və iki dövlət arasında sülh prosesinə əngəl törədirlər”, - deyə səfir L. Abdullayeva qeyd edib.




Baxış sayı: 95
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30