Bu il İnformasiya Texnologiyaları İnstitutunda informasiya texnologiyalarının formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində tədqiqatlar aparılıb. Mövzu üzrə ölkə səviyyəsində intellektual potensialın qiymətləndirilməsinin konseptual modeli, Big Data mühitində ölkənin intellektual resurslarının informasiya modeli, eləcə də makrosəviyyədə intellektual potensialın analizi üçün metodun işlənməsi istiqamətində aparılan tədqiqatların nəticələri nüfuzlu jurnallarda dərc olunub.
Fact-info.az xəbər verir ki, bu barədə texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova institutun Elmi şurasının iclasında məlumat verib.
M.Hacırəhimova “Big Data mühitində Azərbaycanda intellektual potensialın qiymətləndirilməsi məsələləri” mövzusunda aparılan tədqiqatları diqqətə çatdırıb. O, tədqiqat işi çərçivəsində müvafiq sahədə mövcud vəziyyətin analiz olunduğunu, problemlərin müəyyənləşdirildiyini və bu istiqamətində tədqiqatların davam etdirildiyini diqqətə çatdırıb.
Məruzəçinin sözlərinə görə, intellektual potensialın qiymətləndirilməsi metodikalarının müqayisəli analizi aparılıb, ali təhsil müəssisələrinin və elmi qurumların intellektual potensialının müxtəlif meyarlar üzrə qiymətləndirilməsi metodikası işlənilib. Həmçinin intellektual insan resurslarının miqrasiya problemlərinin araşdırılması, ölkə üzrə intellektual insan resurslarının miqrasiyasının tədqiqi və proqnozlaşdırılması üçün alqoritmin işlənməsi istiqamətində tədqiqatlar davam etdirilir.
Baxış sayı: 170
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
