“30 ilə yaxın torpaqlarımızın işğalı zamanı mədəni-tarixi abidələrimizə zərər vurulub. Bu illər ərzində Qarabağ və Şərqi Zəngəzurda toponimlərinin adı dəyişdirilib, mədəni-tarixi irsimiz qanunsuz istismar edilib, erməni irsi kimi təqdim edilib.
Fact-info.az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova ölkəmizdə ilk dəfə keçirilən “Mədəni İrs” Forumunun açılışında çıxışı zamanı deyib.
"Ermənistan ərazisindəki Azərbaycan irsi də saxtalaşdırılmanın qurbanıdır", - o deyib.
Nazir müavini Qarabağ və Şərqi Zəngəzurda 705 tarixi-mədəni abidənin qeydiyyata alındığını əlavə edib: "Dövlət qeydiyyatına alınmayan çoxsaylı tarixi və arxeoloji abidələrimiz var ki, onlar işğal dövründə dağıntılara məruz qoyulub, 47 abidə yer üzündən silinib".
Səadət Yusifova 433 tarixi-mədəni abidəyə baxış keçirildiyini, dövlət qeydiyyatında olmayan 182 abidənin monitorinqinin aparıldığını bildirib: "Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işləri xüsusilə qeyd etmək lazımdır. Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərdə ilk abidələrin bərpa edilməsi məhz Heydər Əliyev Fondunun səyləri nəticəsində mümkün olub. Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma, bərpa-quruculuq işlərinə Heydər Əliyev Fondunun qatqısı əvəssizdir".
Baxış sayı: 110
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
