Heydər Əliyev adına Hərbi İnstitutda, eləcə də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Vətən müharibəsi şəhidləri Ramil Babayev və Səbuhi Sadıqovun xatirəsinə həsr edilən anım mərasimləri keçirilib.
Tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, təhsil müəssisələrinin şəxsi heyəti, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları, eləcə də digər qonaqlar iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açaraq şəhidlərimizin şərəfli həyat yolları haqqında məlumat veriblər.
Sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin və təhsil müəssisələrinin kursantları tərəfindən şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.
Şəhidlərimizin həyat və döyüş yolundan bəhs edən videoçarxlar nümayiş olunub.
Sonda Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri tərəfindən şəhid ailələrinin qayğıları dinlənilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Baxış sayı: 115
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
