FACT-INFO.AZ » SİYASƏT » Heydər Əliyevin 100 illiyi münasibətilə Praqa şəhərində tədbir keçirilib
17-12-2023, 10:00 | SİYASƏT
Heydər Əliyevin 100 illiyi münasibətilə Praqa şəhərində tədbir keçirilib

Azərbaycan dövlətinin qurucusu, dünyaşöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycanın Çex Respublikasındakı səfirliyi tərəfindən Praqa şəhərində tədbir keçirilib. Tədbir çərçivəsində “Ulu Öndər Heydər Əliyevin irsinə həsr edilmiş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində işıq üzü görmüş “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimatı olub. Fact-info.az AZƏRTAC-a  xəbər verir ki, mərasimdə Çexiya ictimaiyyətinin və siyasi partiyaların nümayəndələri, Azərbaycanın və Türkiyənin Çex Respublikasındakı səfirliklərinin əməkdaşları, azərbaycanlı və türk diaspor təşkilatlarının üzvləri və KİV təmsilçiləri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Azərbaycanın Çex Respublikasındakı səfiri Adış Məmmədov Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı geniş məlumat verib, müstəqil Azərbaycanın qurulması və hüquqi dövlətin formalaşdırılması istiqamətində gördüyü böyük, ölçüyəgəlməz işlərdən danışıb.

1990-cı illərin əvvəllərində erməni separatçılığı və terrorizminin daha da vüsət alması, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və torpaqlarımızın addım-addım işğalı, ölkənin cənubundakı xəyanətkar ünsürlərin qondarma respublika yaratmaq xülyaları Azərbaycanı parçalamaq və yeni ayaq üstə durmuş müstəqil dövləti yer üzündən silinməklə nəticələnə biləcəyini qeyd edən A.Məmmədov, məhz Ulu Öndərin hakimiyyətə gəlişinin uçurumun kənarında dayanmış Azərbaycan dövlətini və xalqını xilas etdiyini bildirib. Səfir, Heydər Əliyevin Azərbaycanın xarici siyasətini zərgər dəqiqliyi ilə formalaşdırdığını, nüfuzlu beynəlxalq və regional təşkilatlara ölkəmizin qəbul olunması və dünya dövlətləri ilə beynəlxalq hüquqa və beynəlxalq iqtisadi əməkdaşlığa söykənən münasibətlərin qurulması istiqamətində fəaliyyətini xüsusi vurğulayaraq, bugünkü Azərbaycanın neft-qaz strategiyasının əsasını da Ulu Öndərin qoyduğunu söyləyib.

Ulu Öndər aramızda olmasa da, onun inkişaf etmiş gələcək Azərbaycan haqqında arzularının və düşüncələrinin bizimlə olduğunu bildirən A.Məmmədov, bu gün o düşüncələrin Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib. Ermənistan işğalına son qoyaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm həlqəsinə çevrilən Azərbaycanın getdikcə güclənməsi və daha böyük əhəmiyyət kəsb etməsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rol oynaması və dünya iqtisadiyyatına mühüm töhfələr verməsini bildirən A.Məmmədov, bütün bunların Prezident İlham Əliyev tərəfindən həyata keçirilən Ulu Öndərin Azərbaycan arzuları, xəyalları olduğunu bildirib.

Mərasimdə çıxış edən Türkiyə Respublikasının səfiri Egemen Bağış Ulu Öndər Heydər Əliyevdən sitat gətirərək, Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğunu qeyd edib, bu gün yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlərin hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq hazırda bölgədə sülhün bərqərar olması işinə öz töhfəsini verməkdə olduğunu vurğulayıb.

E.Bağış, Ulu Öndər Heydər Əliyev kimi tarixi şəxsiyyətin Azərbaycan xalqının taleyindəki əvəzsiz rolundan bəhs edərək, bu mənada Azərbaycan xalqına nəsib olmuş xoşbəxtlikdən söz açıb, Türkiyə tarixində Mustafa Kamal Atatürkün, Çexiya tarixində Vatslav Havelin rolu ilə müqayisə edib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, yazıçı Leyla Begim qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi və böyük vətən sevgisi olan Heydər Əliyev tərəfindən xarici ölkələrdə məskunlaşmış azərbaycanlıların təşkilatlanmasına göstərilən diqqət barədə geniş söhbət açaraq, Azərbaycanın təkcə beynəlxalq münasibətlər sistemində tutduğu layiqli yerə görə deyil, o cümlədən tolerant və multikultural dəyərlərə görə də Ulu Öndərə borclu olduğumuzu vurğulayıb. L.Begim, Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinə göstərilmiş qayğıdan danışıb və onun sayəsində ölkəmizin incəsənət xadimlərinin dünya arenasında tanındığını qeyd edib.

Azərbaycan və ingilis dillərində nəşr olunan “Heydər Əliyev həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli kitabın ərsəyə gəlməsi prosesi haqqında geniş məlumat verib, Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərdən söz açaraq, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirib. E.Nəsirli çıxışında, bu gün Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına davam etdirən Prezident İlham Əliyevin yüksək diplomatik istedadı və yürütdüyü siyasət sayəsində Azərbaycanın dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirdiyini, ölkəmizin regionda və dünyada müttəfiqlərinin sayını xeyli artırdığını bildirib.

Müəllif vurğulayıb ki, Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ətrafında sıx birləşmişdir.

Rəsmi hissənin sonunda tədbir iştirakçılarına Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış “Rifahın memarı” filmi nümayiş etdirilib. Tədbirin bədii hissəsində Plzen Konservatoriyasında təhsil alan skripka ifaçısı, nüfuzlu musiqi yarışmalarının qalibi Canel Nəcəflinin və konservatoriyanın müəllimi Barbora Prokopovanın iştirakilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri ifa edilib. Sonda Emil Nəsirlinin "Heydər Əliyev həyatının 100 anı" kitabı tədbir iştirakçılarına hədiyyə olunub və qonaqlara ziyafət verilib.




Baxış sayı: 145
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30