Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və gərgin əməyi, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Ölkəmizin ərazi bölüvlüyü və suverenliyi təmin olunub. Azərbaycanın bu Qələbəsi regiona sülh, sabitlik və əmin-amanlıq gətirəcək.
Fact-info.az xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov Tbilisidə keçirilən “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə - Gürcüstan Forumu”ndakı çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın Qələbəsi tarixi ədalətin bərpası deməkdir. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi başqa ölkələrin də ərazi problemlərinin həllinə kömək edəcək. Bunun üçün isə birgə səylər lazımdır.
“Bu gün Azərbaycan, Gürcüstan və qardaş Türkiyə regionda davamlı sülhün əldə olunması üçün birgə səy göstərirlər. Bu səylər nəticəsində inkişaf edirik. Ermənistan rəhbərliyi də xalqının rifahının yaxşılaşmasını, sosial-iqtisadi inkişafını istəyirsə, bu birliyə qoşulmalı və səy göstərməlidir. Əslində, Azərbaycanın da əsas məqsədi budur. Ermənistan da bu birliyə qoşulsun və regionumuzu birlikdə inkişaf etdirək. İnanırıq ki, Prezident İlham Əliyevin bu səyləri də öz müsbət nəticəsini verəcək və bizim regionumuzda sülh, sabitlik bərqərar olacaq”, – deyə E.Bayramov vurğulayıb.
Baxış sayı: 115
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
