"Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir".
Fact-info.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib.
"Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək.
Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək", - dövlət başçısı bildirib.
Baxış sayı: 160
Azerbaijan's Foreign Ministry calls on Russia to thoroughly investigate provocative incident in front of its Embassy
French media highlights President Ilham Aliyev’s visit to Uzbekistan
Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation”
President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan
Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media
