Moskva tərəfləri Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatların icrasına dönməyə çağırış edib.
Fact-info.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini şərh edib.
“İrəvanda bəzi siyasətçilər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına köməklə bağlı Rusiyanın səylərinə narazılıqlarını bildirir, 2020-2022-ci illərdə əldə edilmiş yüksəksəviyyəli üçtərəfli bəyanatların “qeyri-səmərəliliyi” haqqında mühakimə aparırlar. Biz bu məsələlərə aydınlıq gətirməyi zəruri hesab edirik”, - deyə diplomatın Rusiya XİN-in saytında dərc olunan şərhində bildirilir.
M.Zaxarova qeyd edir ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 (10) noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, 2022-ci il 31 oktyabr tarixli bəyanatlarından ibarət olan üçtərəfli razılaşmalar kompleksi Bakı və İrəvanın barışığının alternativsiz “yol xəritəsi”dir. “Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin olmaması səbəbindən bu mühüm sənədləri etibarsız hesab etməyi həddən artıq təhlükəli sayırıq. Bu çağırışları Qərbin saxta vasitəçilərinin köməyi ilə dayandırmaq alınmayacaq. Rusiyadan fərqli olaraq, ABŞ və Avropa İttifaqı Ermənistana və Cənubi Qafqazın digər dövlətlərinə sülh və sabitlik gətirməyə səy göstərmirlər”, - deyə Rusiya XİN-in təmsilçisi diqqətə çatdırıb.
Baxış sayı: 60
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
