FACT-INFO.AZ » XƏBƏR » Şəhid Elşən Müslümova həsr olunmuş kitabın təqdimatı keçirilib
15-12-2023, 10:30 | XƏBƏR
Şəhid Elşən Müslümova həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 44 günlük Vətən müharibəsinin şəhidi Elşən Müslümovun həyat və döyüş yolundan bəhs edən “Hər iki dünyada cənnət mələyim” adlı kitabın təqdimatı keçirilib.

Fact-info.az xəbər verir ki, öncə Vətənimizin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

MEK-in direktoru, professor Məmməd Əliyev tədbiri giriş sözü ilə açaraq şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün rəhbərlik etdiyi müəssisədə kitabxana sistemində ilk olaraq, Qarabağ müharibəsi qəhrəmanları fondunun yaradıldığını və sözügedən fondda bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. “İstər birinci Qarabağ müharibəsində, istərsə də Aprel, Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsində igidlərimiz çiyin-çiyinə vuruşdu. Qəhrəman şəhidlərimizin hər birinin haqqında yazılan kitablar çox dəyərlidir və bir azərbaycanlı olaraq onlarla qürur duyuruq. Onlar bizim qəlbimizdə əbədi xatırlanacaq və bu kitab MEK-in fondunda öz layiqli yerini tutacaq”, - deyə direktor qeyd edib.

Təqdimatda çıxış edən millət vəkili Səbinə Xasayeva son illər ardıcıl olaraq şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görüldüyünü, kitablar yazıldığını bildirib, həmçinin Vətən uğrunda şəhid olan bütün Azərbaycan övladlarının tanıdılmasının, gələcək nəsillərə bu ideologiyanın ötürülməsinin ən vacib məsələlərədən olduğunu diqqətə çatdırıb. “Qazanılan qələbəyə görə Müzəffər Ali Baş Komandana, şanlı Ordumuzun bütün zabit və əsgərlərinə borcluyuq”, - deyə millət vəkili qeyd edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışı zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun bütov Azərbaycan uğrunda apardığı haqlı mübarizənin Vətən müharibəsində parlaq və qeyd-şərtsiz qələbəsinin məntiqli nəticəsi kimi, bu gün üçrəngli bayrağımızın Xankəndi səmalarına yüksəldiyini, tarixi ədalətin bərqərar olduğunu qeyd edib. B.Nəbiyev vurğulayıb ki, “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün Qarabağ Azərbaycandır və nida deyir. YAP Yasamal rayon təşkilatının sədri şəhidlərimizə Allahdan rəhmət diləyib, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə hər zaman dövlətin, ölkə rəhbərinin ətrafında sıx birləşən Qarabağ qazilərinə isə can sağlığı arzulayıb. Çıxışı zamanı, həmçinin 2023-cü ilin Azərbaycan dövləti və xalqı üçün əlamətdar hadisələrlə zəngin keçdiyini də nəzərə çatdırıb.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent, Vətən müharibəsi iştirakçısı Radif Mustafayev qeyd edib ki, canları, qanları bahasına vuruşan, bizə bu qüruru və sevinci yaşadan Şanlı Ordumuzun bütün əsgər və zabitlərinə qəhrəmanlıq dastanları yazılmalı, onları unutmamalı, daima yaşatmalıyıq.

Şəhidin valideynləri ailələrinə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini deyib, oğulları haqqında xatirələrini bölüşüblər. Elşən Müslümovun Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldığını, Bakıda II Fəxri Xiyabanda dəfn edildiyini vurğulayıblar. Şəhid valideynləri onları hər zaman əziz tutanlara səmimi duyğulara görə təşəkkür ediblər.

Kitabın müəllifləri Elşən və Şəhanə Abdullayevlər əsərin ərsəyə gəlməsindən, şəhidin igidliyi və qəhrəmanlığından, keçdiyi 25 illik qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs ediblər.

Təqdimat mərasimində millət vəkili Ülvi Quliyevin köməkçisi Nurlan Musayev, AMEA Ədəbiyyat İnstitunun əməkdaşı Töhfə Talıbova, MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri, şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə müstəqilliyimizin əbədi, torpaqlarımızın azad, şəhidlərimizin ruhunun şad olduğunu vurğulayıblar.

Təqdimat mərasimində şəhidin qızı Elnaz Müslümovanın “Azərbaycan” şeirini səsləndirməsi iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.




Baxış sayı: 100
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30