FACT-INFO.AZ » SİYASƏT » Aktauda elmi konfrans: “Heydər Əliyevin Türk dünyasının möhkəmləndirilməsində rolu”
12-12-2023, 18:30 | SİYASƏT
Aktauda elmi konfrans: “Heydər Əliyevin Türk dünyasının möhkəmləndirilməsində rolu”

Qazaxıstanın Aktau şəhərində yerləşən Yessenov Universitetində “Ümummilli Lider Heydər Əliyevin Türk dünyasının möhkəmləndirilməsində rolu” mövzusunda elmi konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  Fact-info.az-a bildirilib ki, “Azərbaycan Mərkəzi” İctimai Fondunun, “Beynəlxalq münasibətlər və turizm” kafedrasının birgə təşkilatçılığı və Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə keçirilən tədbirdə Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Sabri Alptekin, Azərbaycandan gələn qonaqlar, universitetin müəllimləri və tələbələri iştirak ediblər.

Yessenov Universitetinin prezidenti Berik Ahmedov çıxışında Qazaxıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərdən danışıb, Heydər Əliyevin qardaşlıq münasibətlərinin inkişafına töhfələr bəxş etdiyini vurğulayıb.

Konfransda Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elçin Məmmədov, Azərbaycanın Xalq yazıçısı Elmira Axundova, “Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru İlkin Orucov çıxış ediblər. Heydər Əliyevi ölkəmizin və Türk dünyasının çoxəsrlik dövlətçilik tarixində unikal, dahi şəxsiyyət və müasir Azərbaycan dövlətinin qurucusu adlandıran natiqlər onun həyat və fəaliyyətinə diqqəti cəlb edib, Ulu Öndərin mühüm xidmətlərindən söz açıblar.

Elmira Axundova görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb və qazax dilində “Zərifə və Heydər Əliyev – əbədi sevgi” kitabını təqdim edib.

Sonra “Beynəlxalq münasibətlər və turizm” kafedrasının professoru Əhməd Demeyevin “Qazaxıstan-Azərbaycan: birgə gələcəyə doğru” mövzusunda məruzəsi dinlənilib.

Konfransdan sonra qonaqlar “Azərbaycan Mərkəzi”nin fəaliyyəti ilə tanış olublar.




Baxış sayı: 190
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30