Yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru İradə Əlili, Nuranə Şıxaliyeva və Faiq Hüseynovun müəllifi olduğu “Vətənin cəsur döyüşçüləri-2” adlı kitab azərbaycan, ingilis və rus dillərində nəşr olunub.
Fact-info.az xəbər verir ki, kitabda Azərbaycan ərazilərinin,tarixi torpaqlarının uzun illər ərzində qeyri-qanuni zəbt edilməsinə son qoymaq məqsədi ilə torpaqlarımızın erməni terrorçularından azad olunması uğrunda canından keçən, əslən Sabirabad rayonundan olan şəhidlər, qazilər, ümumən, müharibədə iştirak edən oğullar haqqında məlumatlar öz əksini tapıb.
Nəşrin redaktorları Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) aparatının əməkdaşı, yazıçı, şair Azadə Novruzova və Minaxanım Əkrəmqızı , dizayneri isə Fuad Musayevdir. Kitabı tərcümə edənlər Ellada Mirzəyeva, Fatma Hüseynova, Pərvanə Səlimovadır. Məsləhətçilər isə Könül Həbibqızı, Vüqar Hacıyev, Firəngiz Quliyeva, korrektoru Könül Məmmədzadədir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Baxış sayı: 140
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
