Azad edilmiş ərazilərdə məskunlaşmış əhali növbədənkənar prezident seçkilərinin seçici siyahısına daxil edilib. Orada da həmin proses baş tutacaq.
Fact-info.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
“2021-ci ildə keçirilən son qurultayda partiyanın yeni nizamnaməsi təsdiq olunub. Həmin nizamnaməyə görə, namizədin irəli sürülməsi səlahiyyəti İdarə Heyətinə verilib. İdarə Heyətinin iclasında bu məsələyə baxılacaq. Düşünürəm ki, İlham Əliyev son 20 ildə həyata keçirdiyi siyasətlə bu vəzifəni daşımağı qazanıb. Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı bu fikirdədir. YAP-ın İdarə Heyətinin iclasında da hər kəs öz fikrini bildirəcək. YAP-ın bu barədə fikri qətidir”, - deyə T.Budaqov qeyd edib.
Baxış sayı: 75
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
