Azərbaycan foto sənətinin inkişafına və təbliğinə töhfə verən “Azərbaycan Fotoqrafiya Federasiyası” İctimai Birliyi beynəlxalq foto təşkilata üzv qəbul edilib.
İctimai Birlikdən Fact-info.az-a bildirilib ki, cari ilin dekabrında Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) İdarə Heyətinin qərarı ilə Azərbaycan Fotoqrafiya Federasiyası bu təşkilatın üzvləri sırasına daxil olub. Bununla da, Azərbaycanı bu nüfuzlu təşkilatda təmsil edən yerli foto təşkilatların sayı ikiyə çatıb. 2017-ci ildən bu günə kimi ölkəmizi həmin qurumda “Gilavar Foto Klubu” İctimai Birliyi təmsil edirdi.
Beynəlxalq Foto Sənəti Federasiyası 1946-cı ildə yaranıb və dünyada UNESCO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. Yüzdən artıq ölkənin foto təşkilatlarını bir yerə toplayan FIAP, hazırda dünyanın ən böyük və nüfuzlu foto təşkilatı hesab olunur. Bu qurumun üzvlüyünə qəbul edilmiş federasiya və klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür.
Qeyd edək ki, “Azərbaycan Fotoqrafiya Federasiyası” İctimai Birliyi 2022-ci il dekabrın 1-də təsis edilib.
Baxış sayı: 70
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
