FACT-INFO.AZ » XƏBƏR » Heydər Əliyev ideyaları Azərbaycanı zirvələrdən zirvələrə yüksəldir
11-12-2023, 09:30 | XƏBƏR
Heydər Əliyev ideyaları Azərbaycanı zirvələrdən zirvələrə yüksəldir

Ölkəmizdə hər il dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin anım günü əsl el məhəbbəti ilə qeyd olunur. Respublikanın hər bir guşəsində insanlar, bütün dünya azərbaycanlıları bu dahi şəxsiyyəti dərin hörmətlə anır, ruhuna sonsuz ehtiramlarını bildirirlər. Artıq illərdir ki, Heydər Əliyev cismən aramızda yoxdur. Ancaq ötən illər Onu bizdən uzaqlaşdırmır, əksinə bir qədər də yaxınlaşdırır, insanlarda Ulu Öndərə olan məhəbbət azalmır, əksinə daha da artır, Onun yeri getdikcə daha çox görünür. Biz illər ötdükcə Heydər Əliyevin xalqımızın və ölkəmizin həyatında necə böyük rol oynadığını daha da dərindən anlayırıq.

Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev vurğulayıb. Onun sözlərinə görə Ulu Öndər məhz parlaq, zamanı qabaqlayan ideyaları, Azərbaycana həmişə böyük uğurlar gətirən əməlləri ilə əbədiyaşarlıq qazanıb, hər bir azərbaycanlının qəlbində özünə heykəl ucaldıb və Ümummilli Lider səviyyəsinə yüksəlib. Fikirlərinə davam edən Ağalar Vəliyev vurğulayıb: “Özünün dərin bilik və bacarığı ilə keçmiş ittifaq kimi nəhəng bir dövlətin rəhbərliyində yer almağa nail olan Heydər Əliyev hər şeydən əvvəl bir azərbaycanlı olmaqdan qürur duyurdu və Özünün böyük missiyasını doğma Vətənə ləyaqətlə xidmət etməkdə görürdü.

Buna aid çoxlu nümunələr sadalamaq mümkündür. Uzaqgörən siyasətçi olan Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri isə onun Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyi qoruması və onun möhkəmlənməsi üçün fundamental əsaslar yaratması olub. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş respublikamız çox çətin vəziyyətə düşmüşdü - bir tərəfdən Ermənistanın apardığı işğalçılıq siyasəti, torpaqlarımızın təcavüzə məruz qalması, digər tərəfdən isə daxildəki çaxnaşmalar, vətəndaş qarşıdurması təhlükəsi, sosial-iqtisadi vəziyyətin kritik dərəcədə kəskinləşməsi səbəbindən müstəqilliyimizin itirilməsi təhlükəsi tam real idi.

Belə bir şəraitdə xalqımız növbəti dəfə müdrik addım ataraq o dövrdə Naxçıvanda yaşayıb çalışan, bu qədim diyarı çətinliklərdən qoruyan Heydər Əliyevin ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini təkid etdi. Bəli, növbəti dəfə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanı məhz O xilas edə bilərdi və etdi də. Heydər Əliyevin 1993-cü ilin yayında Naxçıvandan Bakıya gələrək xalqın böyük etimadı əsasında ölkəyə rəhbərliyi ələ alması müstəqil Azərbaycanın həyatında bir dönüş nöqtəsi oldu. Heydər Əliyev aldığı müdrik qərarlarla əvvəlcə daxili sabitliyi təmin etdi, sonra isə bu əsasda ölkənin inkişafının möhkəm dayaqlarını yaratdı”.

Ağalar Vəliyevin qənaətinə görə Azərbaycan xoşbəxt və uğurlu ölkədir. O bildirib ki, beynəlxalq səviyyədə son dərəcədə ciddi kataklizmlərin müşahidə edildiyi, geosiyasi gərginliyin artdığı bir dönəmdə respublikamız inkişaf və sabitlik adası kimi fərqlənir. Ölkədə möhkəm xalq-iqtidar həmrəyliyi var, eyni zamanda Azərbaycan yüksək inkişaf templərini qoruyub saxlayır. “Uğurlarımızın təməlində dayanan əsas amil isə ölkəmizdə Heydər Əliyev irsinin yaşadılması, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilməsi və yeni çağrışların adekvat şəkildə qarşılanması ilə bağlıdır.

Ulu Öndərin ideyaları ölkəmizi zirvələrdən-zirvələrə yüksəldir. Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi, O, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Zəngilanın və işğal altına düşmüş digər ərazilərimizin geri qaytarılacağna inanırdı və qətiyyətlə bildirirdi ki, biz mütləq o yerlərə qayıdacağıq. Prezident İlham Əliyev ata vəsiyyətinə əməl edərək ölkənin ərazi bütövlüyünə nail oldu. İş elə gətirdi ki, Qarabağda suverenliyimizin tam bərpası, Xankəndidə üçrəngli bayrağımızın yenidən dalğalandırılması məhz “Heydər Əliyev İli”nə təsadüf etdi. Hesab edirəm ki, bütün ölkə ərazisində suverenliyimizin bərpası “Heydər Əliyev İli”nin ən mühüm hadisəsidir”, - deyə Ağalar Vəliyev bildirib.

Azərbaycanın uğurlar seriyasını bundan sonra da davam etdirəcəyinə əminliyini bildirən Milli Məclisin deputatı qeyd edib ki, bu baxımdan gələn il fevralın 7-də keçiriləcək prezident seçkiləri xüsusi aktuallıq daşıyır. “Mən bu seçkiləri Zəfər seçkiləri kimi dəyərləndirərdim. İlk dəfədir ki, prezident seçkiləri müstəqil Azərbaycanın bütün ərazisində keçiriləcək. Bu, bizdən ötrü qürur mənbəyi olmaqla bərabər, həm də hər birimiz üçün böyük məsuliyyət yaradır”, - deyə Ağalar Vəliyev vurğulayıb.

 




Baxış sayı: 135
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30