FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirdiyi fikirlər dünya mətbuatının diqqət mərkəzində
7-12-2023, 09:30 | SİYASƏT
Prezident İlham Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirdiyi fikirlər dünya mətbuatının diqqət mərkəzində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışında səsləndirdiyi fikirlər dünya mətbuatının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Rusiyanın “News.ru” nəşri Prezident İlham Əliyevin Azərbaycanın Cənubi Qafqazda sülhü bərqərar etməsi, Minsk qrupunun Qarabağ münaqişəsinin yalnız dinc yolla həllinin mümkünsüzlüyü barədə bəyanatlarının yanlış olması barədə dediklərini oxucularının diqqətinə çatdırıb. Nəşrin materiallarında Azərbaycan Liderinin Ermənistanın sülh müqaviləsinin beş baza prinsipini qəbul etməyə yaxın olduğu ilə bağlı fikirlərini də yayaraq bildirib ki, Prezident İlham Əliyevin fikrincə, İrəvan bu şərtləri bir neçə il əvvəl qəbul etsəydi, münaqişənin yenidən alovlanmasının qarşısını almaq olardı.

“İnterfaks” agentliyi xəbər lentində Azərbaycan Liderinin ABŞ-ın ikitərəfli münasibətləri heçə endirməsi, bununla da Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması prosesindən uzaqlaşması ilə əlaqədar bəyanatına ətraflı yer ayırıb.

“Vestnik Kavkaza” agentliyi yazır ki, Prezident İlham Əliyev Qarabağın erməni əhalisinə Azərbaycan cəmiyyətinə inteqrasiya edə bilməsi üçün seçim verildiyini bildirib. Azərbaycan Liderinin öz yurd-yuvasına qayıdan keçmiş qaçqın və məcburi köçkünlər üçün hər bir şərait yaradılması, azad olunmuş ərazilərin bərpası prosesinin sürətlə getməsi, separatçı rejimin başçılarının sülh prosesinə mane olmaları, indi isə Azərbaycanda məhkəmənin qərarını gözlədikləri barədə fikirləri də agentliyin materiallarında əksini tapıb.

Fransanın “Lorientlejour” portalında dərc olunmuş məqalədə Prezident İlham Əliyevin fikirlərində istinadla bildirilib ki, Birləşmiş Ştatlar çox gərgin münasibətlərə malik Azərbaycan ilə Ermənistan arasında vasitəçilik rolunu oynamağa davam etmək istəyirsə, ikitərəfli əlaqələrin möhkəmliyinə zəmanət verməlidir.

Bildirilib ki, dövlət başçısı ABŞ-ın Vaşinqtonla Bakı arasında strateji əlaqələrini “ləğv etdiyini” deyib və əlavə edib ki, “o, bunun səbəbini bilmir”.

Diqqətə çatdırılıb ki, əgər Prezident İlham Əliyev Birləşmiş Ştatların Bakı ilə münasibətlərin artıq əvvəlki kimi olmayacağını deyirsə, bunun Vaşinqtonun Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə vasitəçilik etməkdən əl çəkməsi demək olduğunu vurğulayıb. O qeyd edib ki, münasibətin dəyişməsi Bakını ABŞ-ın himayəsi altında aparılan danışıqları “bərpa etməyə” sövq edə bilər.

“Leader-Telegram” saytında yayımlanan materialda Azərbaycan Prezidentinin Fransa və Hindistanı Ermənistana təhlükəli silahlarla təmin etməmək barədə xəbərdarlıq etdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycanın dövlət başçısı bu cür tədarüklərin regionda yeni müharibəyə səbəb ola biləcəyini açıqlayıb. Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycanın Ermənistanı işğal etmək niyyəti yoxdur.

Özbəkistanın “Daryo” portalı isə yazır ki, Prezident İlham Əliyev forumdakı çıxışında Azərbaycan ilə Ermənistan arasında danışıqların ikitərəfli olmasının vacibliyinə bir daha diqqəti yönəldib.





Baxış sayı: 210
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30