FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Bağdadda Azərbaycanla bağlı kitabın təqdimatı keçirilib
6-12-2023, 09:30 | MƏDƏNİYYƏT
Bağdadda Azərbaycanla bağlı kitabın təqdimatı keçirilib

Azərbaycanın İraqdakı səfirliyinin dəstəyi və “İraq-Azərbaycan Dostluq Cəmiyyəti”nin təşkilatçılığı ilə Bağdad şəhərində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən çap edilən “Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru” və həmçinin “Qarabağ-hərbi və siyasi qələbə” adlı ərəb dilində çap olunan kitabların təqdimatı keçirilib.

Fact-info.az xəbər verir ki, tədbiri açan səfir Nəsir Məmmədov ötən ilin aprel ayında Bağdad şəhərində “İraq-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri, professor Moataz M. Əbdülhəmidin müəllifi olduğu “Qarabağ münaqişəsinin tarixi” adlı kitabın təqdimatının keçirildiyini və bu kitabın davamı olan, yeni nəşr edilmiş “Qarabağ-hərbi və siyasi qələbə” adlı kitabın İkinci Qarabağ müharibəsi və sonrakı dövrü əhatə etdiyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verən N.Məmmədov, münaqişənin tarixi, Ulu Öndər Heydər Əliyevin Qarabağ probleminin həlli istiqamətində qurduğu strategiya və ordu quruculuğu sahəsində aparılan işlərdən danışıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Qələbə əldə edib.

BŞİH tərəfindən çap edilən “Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru” kitabı barədə danışan səfir, nəşrdə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan Vətən müharibəsinin bütün mərhələləri və qazanılmış şanlı Qələbənin müəlliflər tərəfindən ətraflı araşdırıldığını, həmçinin Birinci Qarabağ müharibəsi, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin həlli istiqamətindəki fəaliyyəti, Milli Ordu quruculuğu, Prezident İlham Əliyevin qələbə strategiyasının əsas istiqamətlərinin təhlil edildiyini diqqətə çatdırıb.

Daha sonra “İraq-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri, professor Moataz M. Əbdülhəmid ermənilərin Azərbaycana qarşı ərazi iddialarının tarixi, 30 ilə yaxın qeyri-qanuni şəkildə nəzarət altında saxladığı ərazilərdəki qanunsuz fəaliyyəti, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi barədə geniş məlumat verib.

Əl-Müstənsiriyyə Universitetinin professoru Fatimə Səlumi bu kitabların tələbələrin elmi tədqiqat aparmasında mənbə kimi istifadə ediləcəyini, eyni zamanda, kitablardan universitetin kitabxanasına da verilməsinin vacibliyini bildirib.

Tədbirdə Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə edilmiş Qələbənin vacibliyi, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq-bərpa işləri, eləcə də, İraqda Azərbaycanın şanlı Qələbəsinin böyük sevinclə qarşılandığı barədə çıxışlar edilib.

Təqdimat mərasimində İraqın Baş nazirinin enerji məsələləri üzrə müşaviri Fəlah əl-Amiri, İraq Mədəniyyət Forumunun prezidenti Sadiq əl-Camal, Bağdad və Əl-Müstənsiriyyə Universitetlərinin professorları, yerli araşdırma mərkəzlərinin rəhbərləri və tədqiqatçılar, siyasətçilər, ziyalılar və media mənsubları iştirak ediblər.

Qeyd edək ki, BŞİH tərəfindən 6 dildə çap edilən “Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru” kitabının Azərbaycan və türk dillərinə təqdimatı cari ilin iyununda Kərkük şəhərində keçirilib və hazırda kitabın Çin dilində nəşri hazırlanır.




Baxış sayı: 85
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30