Xəbər verildiyi kimi, dekabrın 5-də keçiriləcək Qərbi Azərbaycana həsr olunmuş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransa qatılmaq üçün Azərbaycana səfər etmiş iştirakçılarla Qərbi Azərbaycan İcmasında görüşlər baş tutub.
Qərbi Azərbaycan İcmasından Fact-info.az-a bildirilib ki, Moldovanın keçmiş ombudsmanı xanım Aurelia Qriqoriu ilə İcmanın Ziyalılar Şurasının sədri Elxan Hüseynov arasında baş tutan görüşdə deportasiyanın humanitar nəticələri barədə qonağa məlumat verilib.
Xanım Qriqoriu Ermənistandan azərbaycanlıların qovulmasının insan hüquqlarının pozuntusu olduğunu bildirdib və xalqlar arasında anlaşma və sülhə yardım etmədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, konfransda Azərbaycandan və 30-dan çox xarici ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak edəcək.
Baxış sayı: 45
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
