Azərbaycan turizm sahəsində regionda çox yaxşı göstəricilərə malik bir dövlətdir və turizmin inkişafı istiqamətində önəmli layihələr həyata keçirir. Bunun nəticəsidir ki, regionda 6 şəhər turizm paytaxtı olmağa layiq görülüb və onlardan biri Şuşadır.
Fact-info.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrov Noziri deyib.
Baş katibin sözlərinə görə, bu qərar 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın sədrliyi çərçivəsində oktyabrın 4-5-də İranın Ərdəbil şəhərində İƏT-ə üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclasında qəbul olunub.
“Azərbaycanda turizmə diqqət və qayğının nəticəsidir ki, Şuşa şəhəri Azərbaycanın turizm paytaxtı seçilib. Süni intellektin tətbiq olunacağı ən real sahələrdən biri olan turizm sahəsində texnoloji innovasiyaların tətbiqi artıq yaxındır. Bu öz növbəsində turizm sahəsinə təhsilə də təsirsiz ötüşmür. Turizmin inkişafı sülh və dayanıqlı inkişafın əsasında mövcud olur. Eko-təhsil qurumları olaraq təhsildə çoxlu modellər tətbiq edirik. Hesab edirik ki, texnoloji inkişaf dövründə sıx əməkdaşlığımızı davam etdirərək bu sektorun inkişafına nail ola bilərik. Biz həm də turizm sahəsində spesifik təhsil ehtiyaclarımızı qarşılamalıyıq", - deyə Baş katib qeyd edib.
Baxış sayı: 120
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
