Bu gün dünyada 3 milyarddan çox insan qlobal istiləşmədən əziyyət çəkir.
Fact-info.az “Al-Arabiya”ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Vanessa Kerri Dubayda keçirilən BMT-nin iqlim konfransında (COP28) deyib.
Onun sözlərinə görə, bir çox insanlar iqlim dəyişikliklərinin gözlənilməz nəticələri ilə üz-üzədir.
O qeyd edib ki, bu, qalıq yanacaqların istifadəsi ilə birbaşa bağlıdır. Mütəxəssis vəziyyətdən çıxış yolunu qalıq yanacaq istehsalından imtina etməkdə görür.
“Sadəcə istixana qazı emissiyalarını azaltmaq cavab deyil”, - Kerri xəbərdarlıq edib.
Qeyd edək ki, dekabrın 1-də Fransa Prezidenti Emmanuel Makron “Böyük Yeddilik” (G7) ölkələrini 2030-cu ilə qədər kömürdən istifadəni mərhələli şəkildə dayandırmağa çağırıb.
Baxış sayı: 140
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
